Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə iqtisadiyyatı, PKK, FETÖ və İŞİD barədə danışıb. Türkiyə lideri hakim AK partiyanın qurulmasının 22 illiyi münasibətilə videomüraciətində bəyan edib ki, “PKK-dan, FETÖ və İŞİD-ə qədər bütün terrorçuların niyə üstümüzə hücuma keçdiyini bilirdik. Onların məqsədlərindən xəbərdarıq". O bildirib ki, Türkiyə iqtisadiyyatı üzərində qurulan oyunlardan da xəbərdardır:
“Bütün bu imtahanlardan alnıaçıq, üzüağ çıxdıq. İndi də imtahanla üz-üzəyik. Fevralın 6-da baş vermiş zəlzələ nəticəsində dağılmış binaların bərpasına çalışırıq”.
Mətləb