Sudanda yenə tayfalar arasında qanlı toqquşmalar başlayıb. Xarici KİV-in yazdığına görə, ölkənin Cənubi Darfur ştatının paytaxtı Nyala şəhərində tayfalararası toqquşmalar zamanı 50-yə yaxın insan həlak olub. İki qəbilə arasında mal-qara oğurluğu üstündə toqquşmaların başladığı, indiyədək 47 nəfərin öldüyü bildirilir.
Məlumata görə, qarşıdurma davam edir, yerli sakinlər şəhəri tərk edir, yaralıların çoxunun vəziyyəti dərman çatışmazlığı səbəbindən ağırdır.
Mətləb