Şimali Koreya lideri Kim Çen In ölkənin silahlanmasına böyük diqqət yetirir. Kim Çen in təzəlikcə əsas hərbi zavodlarına baş çəkib və raket istehsalının kəskin artırılması üçün tapşırıq verib. Koreya Mərkəzi Xəbər Agentliyi bu barədə məlumat yayıb.
Kim Çen In açıq şəkildə bəyan edib ki, KXDR ordusu əzici hərbi gücə malik olmalı və istənilən vaxt istənilən müharibəyə cavab verməyi qarşısına məqsəd qoymalıdır. Beləcə Şimali Koreya lideri dünya birliyinə növbəti dəfə güc nümayiş etdirərək silahlanmanı davam etdirəcəyinə işarə edib.
Mətləb Salahov