ABŞ dəfələrlə Misirdən Ukraynaya silah göndərməyi tələb edib, ancaq Misir bu tələbləri rədd edib.
“Wall Street Journal” yazır ki, bu tələblərdən biri birbaşa ABŞ-ın müdafiə naziri Lloyd Austin tərəfindən Misirdə çevrilişlə hakimiyyətə gələn Əbdülfəttah əs Sisiyə ünvanlanıb.
Ukraynaya göndərilməsi tələb olunan silahlar arasında artilleriya mərmiləri, tank əleyhinə raketlər, hava hücumundan müdafiə sistemləri və yüngül silahlar var...
Misir isə bütün bu tələbləri rədd edib. Qeyd edilir ki, Misir Rusiya ilə münasibətlərini korlamaq istəmədiyi üçün bu tələblərə müsbət yanaşmayıb.
Misirin yuxarıda qeyd olunan tələblərdən imtina etməsi Rusiyanın regionda təsirinin artması ilə izah edilir.
Qeyd edək ki, bundan əvvəl Misirin Ukraynadakı müharibədə Rusiyaya kömək edəcəyi ilə bağlı xəbərlər yayılmışdı.
TAHİR