Rusiyaya qarşı silahlı üsyana rəhbərlik edən Priqojinin harada olduğu dəqiq bilinməsə də, onun rəhbərlik etdiyi "Vaqner"in yeni şifrəli mesajlarının deşifrə edilməsindən sonra Rusiya hökuməti təşvişə düşüb.
ABŞ-da yerləşən analitik mərkəzi "Institute for the Study of War"ın (ISW) məlumatına görə, Vladimir Putinlə Priqojin arasında razılaşma bu ayın əvvəlində iflasa uğrayıb. Kremldəki mənbələrə görə, bu, yüzlərlə "Vaqner" ordusunun Rusiyaya kütləvi şəkildə qayıtmasına səbəb olub.
Bu muzdluların çoxunun avtobusla Moskvaya yaxın ərazilərə daşınması Rusiya liderinə qarşı ikinci çevriliş cəhdinin olacağı ilə bağlı narahatlıq yaradıb.
Xüsusilə muzdlulara göndərilmiş şifrəli bir mesaj Rusiyada ciddi narahatlığa səbəb olub - "Bir-birinizlə əlaqədə olun. Hər an yeni əmrlər gələ bilər". Şifrələnmiş mesajda Rusiyaya qayıdan muzdluların əksəriyyətinin bu ayın sonuna kimi “aktivləşdiriləcəyi” bildirilir.
“Aktivləşmə” ifadəsinin tam olaraq nəyi ifadə etdiyi bəlli olmasa da, bu ikinci çevriliş cəhdi ola biləcəyi ilə bağlı şərhlərə yol açıb.
TAHİR