Rumıniyada NATO-nun döyüş qrupunun beynəlxalq təlimləri avqustun 14-də başlayacaq. Bu barədə ölkənin Müdafiə Nazirliyinin rəsmi saytında açıqlama dərc olunub. Avqustun 14-dən 18-dək olan müddətdə Fransa və Lüksemburqun 250-yə yaxın əsgəri və NATO-nun Rumıniyadakı döyüş qrupunun 65 texnikası “Deployex” təlimlərində iştirak edəcək.
Təlimlərin məqsədi Şimali Atlantika Alyansının döyüş qrupunun canlı qüvvə və texnikasının çevik yerləşdirilməsinin işlənib hazırlanmasıdır.
Mətləb