Əlcəzairin şimalındakı Celfa əyalətində yük maşını ilə avtobusun toqquşması sonucunda 6 nəfər ölüb, 9 nəfər yaralanıb. Bu barədə Əlcəzairin Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Məlumata görə, qəza Ayn-Usera şəhəri yaxınlığında baş verib. Hadisə yerinə xilasedicilər və təcili yardım maşınları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Mətləb