Polşanın müdafiə naziri Mariuş Blaşçak PAP agentliyinə açıqlamasında ölkəsinin keçirdiyi hərbi təlimlər barədə danışıb. Nazir bəyan edib ki, Polşa ilk dəfə olaraq inteqrasiya edilmiş IBCS döyüş idarəetmə sistemi ilə MIM-104 “Patriot” hava hücumundan müdafiə sistemindən istifadə edərək təlimlər keçirir.
“32-ci Taktiki Hava Bazasında “Patriot” batareyalarından istifadə etməklə və ilk dəfə olaraq IBCS sistemi ilə SOCHACZEW23 təlimi keçirilir. Təlim çoxqatlı hava və raketdən müdafiənin ən yüksək səviyyəli bütün elementlərinin inteqrasiyası ilə bağlıdır”, - polşalı nazir belə deyib.
Mətləb