Prezident Volodimir Zelenski xalqa müraciətində kəskin qərarlar qəbul etdiyini elan edib. O qeyd edib ki, Ukraynada bütün regional hərbi komissarlar işdən azad olunur. Onları cəbhədə olmuş hərbçilər əvəz edəcəklər. Ukrayna Prezidenti Milli Təhlükəsizlik Şurasının iclasını keçirib, müxtəlif güc strukturlarının və hüquq-mühafizə orqanlarının məruzələrini dinləyib.
Onun sözlərinə görə, iclasın nəticələrinə əsasən bütün regional hərbi komissarların işdən azad olunması barədə qərar qəbul olunub. Zelenskinin fikrincə, hərbi komissarlıqlara cəbhədə sağlamlığını, əl-ayağını itirən, lakin ləyaqətlərini, abrını qoruyub saxlayan və səngərdə ola bilməyən hərbçilər rəhbərlik etməlidirlər.
“Onlara bu komplektləşdirmə sistemini etibar etmək olar. Bu qərarı Ali Baş Komandan Zalujnı realizə etməlidir. Yeni rəhbərlər təyin edilmədən əvvəl Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən yoxlanılacaq. Haqqında cinayət işi açılan hər bir hərbi komissar məsuliyyətə cəlb olunacaq", - deyə Ukrayna Prezidenti bildirib.
Mətləb