Rusiya ordusu Ukraynanın Zaporojye vilayətinə hücum edib. UNIAN bu barədə xəbər yayıb. Məlumatda deyilir ki, hadisə nəticəsində 2 qadın həlak olub, 21 nəfər isə yaralanıb. Yaralananlardan 4-nün azyaşlı olduğu bildirilib. Vilayətin hərbi administrasiyasından bildirilib ki, ətrafdakı infrastruktura ciddi zərbə dəyib, dağıntıların həcmi böyükdür.
Mətləb Salahov