Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) .Zaporojye atom elektrik stansiyası barədə məlumat yayıb. Məlumatda deyilir ki, Zaporojye atom elektrik stansiyasında (AES) buxar generatorlarından birində su sızması səbəbindən heç bir radioloji yayılma yoxdur.
"Dörd buxar generatorundan birində aşkar edilmiş su sızmasının dəqiq səbəbini müəyyənləşdirmək və təmir etmək üçün 4 nömrəli enerji bloku "soyuq dayandırma" rejiminə keçiriləcək", - məlumatda deyilir. Məlumatda, həmçinin ətraf mühitə heç bir radioloji sızma olmadığı qeyd edilir.
Mətləb