Son günlər Çinin şimalındakı Hebey əyalətinə yağan güclü yağışlar nəticəsindən 29 nəfər ölüb. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Telekanalın xəbərində deyilir ki, 16 nəfər itkin düşüb. Xilasedicilər axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Bundan əvvəl əyalətdə doqquz nəfərin öldüyü və altı nəfərin itkin düşdüyü barədə məlumat verilmişdi.
Mətləb