BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığına və Baş Katibinə təqdim edilən hesabatda İrana artan edamları dayandırmaq və məcburi hicab qaydalarını ləğv etməklə bağlı çağırış edilib.
Trend xəbər verir ki, hesabat İran rejimini “bütün şəxslərin, o cümlədən etirazlar nəticəsində və narkotiklə bağlı cinayətlərə görə edam cəzasına məhkum edilmiş şəxslərin edamını dərhal dayandırmağa və ölüm hökmünün sonrakı tətbiqindən çəkinməyə” çağırır.
Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatının məlumatına əsasən, təkcə bu il 350-dən çox iranlı edam edilib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 36% artım deməkdir.