Sloveniyada baş verən daşqınlardan sonra Avropa İttifaqı bu ölkəyə yardım məqsədi ilə 400 milyon avro ayıracaq. Bu barədə "Bloomberg" məlumat yayıb.
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib ki, Sloveniya ilk 100 milyonu bu ilin sonuna, qalan vəsaiti isə 2024-cü ildə alacaq. O, həmçinin 2027-ci ilə qədər Aİ-nin birləşmə fondlarından 3,3 milyard avroya qədər əlavə vəsaitin ayrılması imkanından danışıb.
Sloveniyanın baş naziri daşqınların milyardlarla avro ziyana səbəb olduğunu deyib. Sloveniya hökuməti və Aİ yenidənqurma və maliyyələşdirməni əlaqələndirmək üçün işçi qrupu yaradacaq.
Mətləb