Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, taxıl müqaviləsini bərpa etmək Qərbdən asılıdır.
Ərdoğanın fikrincə, Qərb öz öhdəliklərinə əməl edərsə, Qara Dəniz Taxıl Dəhlizi yenidən işə salına bilər.
Bu barədə Türkiyə prezidenti Ankarada diplomatların illik toplantısında bildirib. Ərdoğan Qərbi “Qara Dəniz Taxıl Təşəbbüsünün yaratdığı müsbət atmosferi atəşkəsə və ardınca da davamlı atəşkəsə çevirə bilmədiyi” üçün tənqid edib.
Ərdoğan onu da bildirib ki, müharibə Qara dənizə keçərsə, bu, bütün region üçün fəlakətli olacaq. Bununla belə, Türkiyə prezidenti hesab edir ki, yaranmış vəziyyətdən çıxış yolu tapmaq mümkündür.