"Əgər sərhəddə eskalasiya və ya müharibə insidentləri baş verərsə, biz Livanı daş dövrünə qaytaracağıq". Bunu Livan sərhədində olan İsrailin müdafiə naziri Yoav Qalant bildirib.
Nazir "Hizbullah" və Nəsrullaha xəbərdarlıq edərək onları səhv etməməyə çağırıb: "Keçmişdə səhvlər etdiniz və çox ağır bədəl ödədiniz. Allah eləməsin və burada eskalasiya və ya müharibə baş verərsə, biz Livanı daş dövrünə qaytaracağıq. Biz geri çəkilməyəcəyik, lazım olsa bütün gücümüzdən istifadə edib Hizbullahı məhv edəcəyik. Biz müharibə istəmirik, lakin biz mülki əhalimizi, əsgərlərimizi və suverenliyimizi qorumağa hazırıq”.
Xatırladaq ki, son həftələr sərhəddə Livan vətəndaşları, "Hizbullah" üzvləri və İsrail əsgərləri arasında bir neçə qarşıdurma olub.
TAHİR