Rusiyanın Moskva vilayətinin Sergiyev Posad şəhərində yerləşən Zaqorsk optik-mexanika zavodunda güclü partlayış baş verib.
Trend xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Bu saata olan məlumatlara görə, xəsarət alanların sayı 45 nəfərdir.
"Partlayış Zaqorsk optik-mexanika zavodu ərazisində, qazanxana hissəsində baş verib. Partlayış dalğasından ətrafdakı bir neçə binanın şüşələri sınıb", - məlumatda deyilir.
KİV yazır ki, partlayış pirotexniki vasitələrin saxlandığı anbarda baş verib. Təcili xidmətlər fabrikə pilotsuz uçuş aparatının hücumu versiyasını rədd edir.
Zaqorsk Optik-Mexanika Zavodu Rusiyanın güc strukturları üçün optik və optoelektron cihazların aparıcı istehsalçısıdır.
TAHİR