Almaniyanın “Rheinmetall” müdafiə konserni Belçikanın “OIP Land Systems” şirkətindən 50 “Leopard 1” tankı alıb. Hazırda konsernin Düsseldorfdakı müəssisələrində avadanlıq yenidən təchiz olunmalı və sonradan Ukraynaya göndərilməlidir.
Handelsblatt qəzeti yazır ki, son nəticədə 50 tankdan 30-u Ukraynaya çatdırıla bilər. Əvvəlcə “Rheinmetall” İsveçrənin Ruag müdafiə şirkətindən “Leopard 1” tanklarını Kiyevə təqdim etmək üçün almağı planlaşdırırdı. İsveçrə neytrallıq qanununa görə ixrac icazəsi vermədiyi üçün “Rheinmetall” alternativ tədarük mənbələri axtarırdı.
Mətləb