Rusiyadan olan iş adamlarının nümayəndə heyəti Əfqanıstana nəzarət edən "Taliban" hərəkatının (Rusiyada qadağan olunmuş terror təşkilatı) Sənaye və ticarət nazirinin müavini Mavlavi Kudratulla Camalla görüş keçirib. Bu barədə “İnterfaks” xəbər agentliyi məlumat yayıb. "Rusiya nümayəndə heyəti əfqanıstanın elektrik enerjisi, kənd təsərrüfatı və kommunal xidmətlərinə investisiya qoymağa hazır olduğunu bildirib"- məlumatda belə deyilir. Amma digər mənbələrdə iddia edirlər ki, rusiyalı iş adamları “Taliban” rəhbərliyinə treyderlərin ticarət mallarını asanlıqla ixrac edə bilməsi üçün hər iki ölkədə ortaq bir ticarət Agentliyi yaratmağı təklif ediblər. Ən maraqlısı odur ki, Rusiya nümayəndə heyətinin tərkibi barədə məlumat verilmir.
Mətləb Salahov