“Le Figaro” qəzetində 92 fransız senatorunun Prezident Emmanuel Makrona ünvanladığı açıq məktub dərc edilib. Məktubda senatorlar E. Makrona uğursuz siyasətini sadə və sərt şəkildə izah edirlər:
"Bu gün Niger, dünən Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso Fransa və onun qoşunlarını, şirkətlərini rədd etdi. Afrikada bu hərəkat böyüyür, hətta Kot-d'İvuar kimi bizə yaxın ölkələrdə belə Fransa əleyhinə aksiyalar keçirilir. Dost qitə olan Afrika, deyəsən, Fransanı başa düşməyi dayandırıb və onun roluna, mövcudluğuna getdikcə daha çox meydan oxuyur. Parisin Afrika ilə hərbi, siyasi və mədəni əməkdaşlıq sahəsində uğursuzluqları qitədə nəinki antifransız əhval-ruhiyyəsinin güclənməsinə, həm də Rusiya, Çin və ABŞ-ın təsirinin artmasına səbəb oldu.”, - deyə senatorlar bildiriblər.
Mətləb