Polşa Belarusla sərhəddə güclü təhlükəsizlik tədbirləri görür. Belə ki, Polşanın Sərhəd Mühafizəsi Müdafiə Nazirliyindən Belarusla sərhəddə əlavə min hərbçi yerləşdirməyi xahiş edib. Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, əlavə əsgər qüvvəsinin cəlb edilməsi ilə bağlı müraciət sərhəddə baş verən bir sıra insidentlərdən sonra verilib. Hələ 2021-ci ildə Polşa qonşu Belarusu yüzlərlə miqrantı sərhədə doğru yönləndirməyə şərait yaratmaqda ittiham edirdi.
Mətləb