Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə avqustun 9-da Türkiyə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. Türkiyə mediasının yaydığı xəbərdə deyilir ki, iclasda terrorla mübarizə, Ukraynadakı vəziyyət, eləcə də Rusiyanın taxıl sazişindən çıxması ilə dayanmış taxıl tədarükü müzakirə olunacaq. Medianın xəbərində deyilir ki, eyni zamanda Türkiyədəki sosial proqramlarla bağlı da mühüm qərarların qəbul olunacağı gözlənilir.
Mətləb