Səudiyyə Ərəbistanı hökuməti Ciddə şəhərində keçirilən danışıqlarda Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi üzrə alternativ sülh planı təklif edib.
Trend xəbər verir ki, təklif olunan sülh planı Ukraynanın bütövlüyünü, bütün cəbhələrdə atəşkəs elan edilməsini və BMT-nin himayəsi altında sülh danışıqlarının başlanmasını, eləcə də, əsirlərin mübadiləsini nəzərdə tutur.
Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi üzrə 30 ölkənin nümayəndəsinin iştirakı ilə danışıqlar 5-6 avqust tarixlərində Səudiyyə Ərəbistanının ikinci böyük şəhəri və maliyyə paytaxtı olan Ciddədə keçirilib. İştirakçılar arasında Ukrayna, Qərb dövlətləri, Braziliya və Hindistan da yer alıb.