ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens Donald Trampın əleyhinə ifadə verəcəyini istisna etmir. “Reuters” agentliyinin yazdığına görə, M.Pens bu barədə “Sibiya”ya müsahibəsində bildirib.
Pensin sözlərinə görə, o, ifadə verməyi planlaşdırmır, lakin bunu istisna etmir.
“İnsanlar əmin olmalıdırlar ki, biz qanuna tabe olacağıq, qanunun tələbinə cavab verəcəyik. Biz sadəcə həqiqəti deyəcəyik”, – deyə Donald Trampla yanaşı, 2024-cü il seçkilərində Respublikaçılar Partiyasından da prezidentliyə namizəd olmaq istəyən Pens bildirib.
Xatırladırıq ki, avqustun 1-də Donald Tramp 2020-ci il seçkilərinin nəticələrini dəyişməyə cəhddə ittiham olunub. Tramp özü özünü günahsız hesab edir.
TAHİR