"Ciddədə keçirilən sammit Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi". Almaniyanın xarici işlər naziri Annalena Berbok "Bild" nəşrinə müsahibəsində Ukrayna müharibəsi barədə danışıb.
“Ciddədən gələn mesaj belədir: Rusiyanın təcavüzü Afrika, Asiya və Cənubi Amerikadakı insanlara da təsir edir. Çünki bunun Avropadan çox-çox kənarda təsirləri var: beynəlxalq nizamın gələcəyindən tutmuş enerji təhlükəsizliyinə, taxılın qiymətinin artmasına və qlobal ərzaq təchizatındakı böhrana qədər”, - Almaniyanın xarici işlər naziri "Bild"ə belə açıqlayıb. A.Berbok Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulunu dəstəklədiyini bildirib və qeyd edib ki, Zelenskinin düsturunda Rusiya qoşunlarının Ukraynadan çıxarılması əsas şərt kimi nəzərdə tutulub.
Mətləb