Ukrayna prezidenti Vladimir Zelenski öz Teleqram kanalında Fransanın uzaqmənzilli SCALP raketlərinin ölkəyə gətirildiyini təsdiq edib, onlardan birini imzaladığı müvafiq fotoşəkil yerləşdirib.
Bundan öncə Fransanın silahlı qüvvələr naziri Sebastyen Lekornyu bəyan edib ki, ölkəsi Rusiya Federasiyası ərazisində tətbiq edilməməsi şərti ilə uzaqmənzilli raketləri Ukraynaya tədarük etməyə razılıq verib.
O izah edib ki, 250 kilometr ümumi uçuş məsafəli bu raketlər bilavasitə Rusiya müdafiə xəttinin arxasında olan nöqtələrə zərbə endirə bilər. Bu, açıq strateji maraq doğuran nöqtələrdir ki, bu da əks-hücum üçün Rusiyanın müdafiəsini pozmağa imkan verəcək, deyə Lekornyu əlavə edib.
Fransanın bu qərarına Rusiyadan hələlik reaksiya yoxdur. Ancaq müşahidəçilər Moskvanın reaksiyasının çox sərt olacağını deyir...
TAHİR