Səudiyyə Ərəbistanı tarixi sammitə ev sahibliyi edir. Rusiyanın işğalı altında olan Ukraynanın təşəbbüsü ilə Ciddədə gələcək sülh sazişinin əsas prinsiplərini müəyyən etmək üçün danışıqlara başlanılıb.
ABŞ, Çin və Hindistan da daxil olmaqla 40-dan çox ölkənin nümayəndələrinin qatıldığı iki günlük toplantıya Rusiya dəvət olunmayıb. Lakin üfüqdə olmayan birbaşa sülh görüşünün perspektivi fonunda, Moskva danışıqları yaxından izləyəcəyini açıqlayıb.
Ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra Səudiyyə Ərəbistanının hər iki tərəflə təmaslarını davam etdirdiyinə diqqət çəkən qərbli diplomatlar, dünyanın ən böyük neft ixracatçısının əvvəlki görüşlərə qatılmayan ölkələrin bir araya gəlməsində mühüm rol oynadığını qeyd ediblər.
EuroNews-da yer alan xəbərə görə, Ukrayna bu mühüm diplomatik təşəbbüslə qlobal iqtisadiyyata zərbə vuran Ukrayna-Rusiya müharibəsində Qərb müttəfiqlərindən kənarda tərəf tutmaq istəməyən ölkələrlə yaxınlaşmağı hədəfləyir.
İclasda Ukraynanı prezident Vladimir Zelenskinin aparatının rəhbəri Andrey Yermak təmsil edir. Yermak deyib ki, o, danışıqların "çətin" olacağını gözlədiyini deyib.
Zelenski ümid edir ki, danışıqlar qlobal liderlərin Ukrayna planı üzərində birləşdiyi sülh sammitinə yol açacaq. Ukrayna Rusiyadan bütün işğal olunmuş əraziləri qaytarmağı və qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxarmağı tələb edir.
TAHİR