Nigerdə hərbi çevriliş edən xunta rejiminin Rusiya lideri Vladimir Putinə qarşı üsyandan sonra Belarusa sürgün edilən muzdlu şirkət "Vaqner"dən kömək istədiyi iddia edilir.
“Associated Press” bu barədə “Soufan Center” tədqiqat təşkilatının tədqiqatçısı, fransız jurnalist Vassim Nəsrə istinadən xəbər yayıb.
Məlumatda iddia olunurdu ki, xunta rejiminin zabiti Salifou Moody bu tələbi Maliyə səfəri zamanı görüşdüyü "Vaqner"in nümayəndəsinə çatdırıb.
France 24-ə danışan jurnalist, Malidə bir fransız diplomat və məsələdən xəbəri olan 3 nəfərin danışıqları təsdiqlədiyini deyib: “Vaqnerə ehtiyacları var, çünki bu onlara iqtidarda qalmaları üçün zəmanət olacaq"
Mali, Burkina Faso, Sudan, Mozambik və Mərkəzi Afrika Respublikası kimi Afrika ölkələrində fəaliyyət göstərdiyi deyilən "Vaqner"dən və ya Rusiya rəsmilərindən heç bir yardım açıqlaması olmasa da, "Vaqner"in rəhbəri Yevgeni Priqojin çevrilişi "Qərbin istismarına qarşı xalq üsyanı" kimi qiymətləndirib.
Kremlin sözçüsü Dmitri Peskov, "İnsan həyatına təhlükə yaratmadan konstitusiya normallığına sürətlə qayıtmağı dəstəkləməyə davam edirik" deyib.
Digər tərəfdən, Frananın dəstəklədiyi Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) çevriliş liderlərinin bazar gününə qədər prezident Məhəmməd Bazumu hakimiyyətə qaytarmayacağı halda Nigeri hərbi əməliyyatlara başlayacağı ilə hədələyib. Birliyin verdiyi müddət də bu gün başa çatır.
TAHİR