Pakistanın xarici işlər nazirinin müavini Hana Rəbbani bu gün yerli telekanala açıqlamasında bildirib ki, “Taliban” Pakistanın təhlükəsizliyinin təhdidində iştirak edir. Onun sözlərinə görə, rəsmi İslamabad ittihamla bağlı Əfqanıstandakı “Taliban” hökumətinə sənədlər təqdim edib.
H.Rəbbani Pakistanın xarici işlər naziri Bilawal Bhutto Zardarinin son açıqlamalarını təkrarlayaraq deyib ki, Əfqanıstandakı hökumət “Taliban” terror qruplaşmasına qarşı fəaliyyət göstərməyəcəyi halda İslamabadın özünü qorumaq üçün beynəlxalq qanunlara uyğun tədbirlər görəcək: “Bu ölkənin özünü qorumaq üçün hərəkətə keçmək hüququ var".
Mətləb