ABŞ “Taxıl sazişi” ilə bağlı təəcübləndirəcək addım atıb. Ağ Ev sazişin tələblərini yerinə yetirmək üçün Rusiyaya kömək etməyə hazır olduğunu açıqlayıb. Bunu ABŞ Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə koordinatoru Ceyms O'Brayen keçirdiyi brifinqdə deyib.
“İlk növbədə, Rusiya nə tələb etdiyini dəqiq bilməlidir. Onlar bir sıra müxtəlif tələblər irəli sürüblər. Bunların hamısı Rusiyanın müxtəlif qurumlarının özəl sektordan xidmət ala bilməməsi ilə bağlı idi”, - deyə ABŞ rəsmisi bildirib.
Onun sözlərinə görə, Rusiyanın dilə gətirilən problemləri Qərbdə özəl sektorda təchizatçılarla çətinlik çəkən Rusiya Federasiyasının konkret kommersiya təşkilatlarına aiddir.
Mətləb