Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada vərəmin hazırkı vəziyyəti barədə məlumat yayıb. Məlumatda deyilir ki, ilin əvvəlindən vəba xəstəliyinə yoluxma halları 25 ölkədə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 9 ölkə artıb.
Vəba xəstəliyinin gələcəkdə yayılma riskinin çox yüksək olduğunu bildirən ÜST informasiya bülletenində qeyd edib ki, ilin əvvəlindən iyulun 15-dək ən azı 25 dövlət vəba xəstəliyinə yoluxma halları barədə məlumat verib. Bu xəstəliyin müəyyən edilməsi barədə son tarixli məlumat may ayının ortalarında Hindistandan daxil olub. Ötən ilin müvafiq dövrü ərzində vəba xəstəliyinə yoluxma halları 16 ölkədə qeydə alınmışdı. “Yoluxma hallarının sayının artmasını və coğrafi yayılmasını, vaksin və digər resursların çatışmazlığını nəzərə alaraq, ÜST qlobal səviyyədə riskin çox yüksək olduğunu qiymətləndirməkdə davam edir”, - deyə Təşkilatın Cenevrə mənzil-qərargahından bildirilib.
Mətləb