ABŞ-da daha bir yol qəzası baş verib. Belə ki, Aydaho ştatında məktəb avtobusu aşıb. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb, onlardan 7-nin vəziyyəti ağırdır. 30 uşağın olduğu məktəb avtobusu yay düşərgəsindən su anbarına doğru gedirmiş. Ştat polisinin məlumatına görə, uşaqların yaşı 13-18 arasındadır. Onların hamısı müayinə olunmaq üçün xəstəxanalara aparılıb.
Mətləb