ABŞ-da bir sıra ştatlarda xəstəxanalara edilən kiberhücum nəticəsində səhiyyə xidmətləri dayandırılıb.
Xarici medianın yazdığına görə, xəstəxanalardakı kompüter sistemlərinə edilən kiberhücum bəzi xidmət otaqlarının bağlanmasına və təcili yardım maşınlarının yanlış yönləndirilməsinə səbəb olub. Kibertəhlükəsizlik qrupları problemi həll etmək üçün işə başlasa da, bir çox insan sağlamlıq xidmətlərindən məhrum olub və pasiyentlər müalicə üçün başqa xəstəxanalara göndərilib.
Mətləb