çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Naxçıvan xanlığının ikirəngli bayrağı və digər xanlıqların bayraqlarından ən böyük fərqi...

Image


Azərbaycanın tarixi dövlətçilik atributlarının öyrənilməsi və tədqiqi dövlətçilik tariximizin dərin tarixi köklərə malik olduğunun əsas subutlarındandır. Bu istiqamətdə dövlətimiz tərəfindən çox mühüm və əhəmiyyətli addımlar atılmışdır. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin 13 mart 1998-ci il tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının tədqiqi və təbliğinin gücləndirilməsi haqqında" xüsusi sərəncamında dövlətçilik atributlarının və tarixi ənənələrinin öyrənilməsi tələb olunurdu.
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli sərəncamı ilə Bakı şəhərində "Dövlət Bayrağı Meydanı"nın yaradılması və 2009-cu il 17 noyabr tarixli sərəncamı ilə "Dövlət Bayrağı Günü"nün təsis edilməsi barədə Sərəncamların məhz 17 noyabr tarixində imzalanması simvolik əhəmiyyət kəsb edir. Səbəbi 1990-ci il 17 noyabr tarixində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü nəticəsində üçrəngli Azərbaycan bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət rəmzi statusunu almasıdır. Dövlət başçısının yuxarıda qeyd olunan sərəncamları dövlətdə vətənpərliyin, Azərbaycançılıq məfkurəsinin və dövlətçilik ənənələrinin təbliğinin, dövlət atributlarına ehtiram hissinin gücləndirilməsinə istiqamətləndirilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "AZƏRBAYCAN 2020: GƏLƏCƏYƏ BAXIŞ" İNKİŞAF KONSEPSİYASININ 10-cu maddəsinin "Mədəni irsin qorunması və səmərəli idarə edilməsi" bəndində deyilir: "...dünya muzeylərində saxlanan Azərbaycan mənşəli eksponatların tədqiqi və Azərbaycana məxsusluğunun sübutu üçün materialların toplanması da diqqət mərkəzində olacaqdır". Dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və təbliği istiqamətində görülən işlər sırasında ən mühüm yerlərdən birini, Azərbaycanın tarixi dövlətçilik ənənələrinin, Azərbaycançılığın tarixi köklərə əsəslanaraq inkişaf etməsini bildirən tarixi dövlət atributlarının öyrənilməsi sahəsində elmi-tədqiqat işlərinin aparılması tutur.
Bu istiqamətdə, 2010-cu ildə nəşr edilmiş "Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi" monoqrafiyamı qeyd etmək istəyirəm. Sözügedən elmi əsərdə Azərbaycan xanlıqlarının ölkəmizdə olmayan bayraqlarının aşkar edilməsi istiqamətində elmi tədqiqatların aparılması zəruriyyəti məsələsi öz əksini tapmişdir. Elmi tədqiqatın "Xanlıqlar dövlət qurumları kimi. Xanlıqların dövlətçilik atributları" adlı fəslində, Azərbaycan xanlıqları öz dövlətçilik atributlarına və hakimiyyət rəmzlərinə malik dövlət qurumları kimi göstərilir. Xanlıqlar öz dövrünün dövlət qurumlarına - dövlətlərinə aid etməyə imkan verən bütün təyinedici xüsusiyyətlərə və elementlərə malik olmuşdular. Belə ki, xanlıqlar dövlət üçün mütləq olan elementlərə malik idilər: siyasi hakimiyyət (siyasi idarəetmə forması və dövlət institututları); dövlət ərazisi (müəyyən olunmuş dövlət institututları fəaliyyət göstərən və dövlətin qanunları işləyən sərhədlər çərçivəsi); iqtisadi potensial (o cümlədən, özünün valyutasına malik olmaq hüququ); silahlı qüvvələr; əhalinin etnik tərkibi (xanlıqlarda dominant etnos - türk-azərilər); dil (əsas dil- Azərbaycan (türk) dili); ideologiya - islam; dövlətçilik atributları və hakimiyyət rəmzləri. Azərbaycan xanlıqlarının aşağıdakı dövlətçilik atributlarından bəhs edilir: taxt, tac, şeşpər, möhür, bayraq (sancaq, ştandart), silah (fəxri parad), sikkələr. Titulların və beynəlxalq münasibətlərdə xanlara müraciət formalarının araşdırılması sübut edir ki, xanlıqlar özlərini - "ali nəsilli" və ya- "ali", xanın oğulları isə özlərini "ali şah" - "yüksək dərəcəli" adlandırırdılar. Beynəlxalq yazışmada xanlara "yüksək dərəcəli", "yüksək dərəcəli xan", "yüksək dərəcəli və çox hörmətli xan" deyə müraciət edirdilər. Ali hakim obrazı hökmdarın şəxsiyyəti və onun hakimiyyət rəmzləri vasitəsilə formalaşırdı. Bu dövrdə xanlıqların dövlətçilik atributları, xanlığın dövlət rəmzlərindən və xanın hakimiyyət atributlarından ibarət idi: 1. Taxt; 2. Tac; 3. Şeşpər; 4. Möhür; 5. Silah (qılınc); 6. Sikkə; 7. Bayraq, ştandart, buncuq və tuğ. Yazılı və illüstrativ mənbələrin təhlili, əldə olunmuş nəticələrin muzey materialları ilə tutuşdurulması xanlıqların dövlət rəmzlərini araşdırmağa imkan verir.

Elmi araşdırma Hakimiyyətin zahiri tərtibatına və dövlətçiliyin zahiri təzahürünə həsr olunub. Bayraq rəmzi, tarixi və heraldik anlayışlardan biri kimi dövlətçiliyin mühüm atributlarından olmasını təsdiq edir.
Şimali Azərbaycan xanlıqları ləğv edildikdən sonra onların bayraqları qənimət kimi Rusiya imperiyasının qüdrətini ifadə edən tarixi abidəyə çevrilmişdir. Qafqazdan gələn bayraqlar Sarskoselskiy saray arsenalına təhvil verilmişdi. 1906-cı ilin mart ayında bayraqların bir hissəsi (Cavad xanın ştandartı və Gəncə xanliğının bayraqları, Bakı xanlığının 1 bayrağı, Nuxa (Şəki) xanlığının 6 bayrağı, İrəvan uğrunda döyüşdə götürülən 2 bayraq, Lənkəran xanlığına hücum zamanı götürülən 2 bayraq Tiflisə Qafqaz Hərbi Tarix Muzeyinə (QHTM) göndərilmişdi. Rusiyaya döyüşsüz birləşən xanlıqların (Qarabağ, Naxçıvan, Şirvan və b.) bayraqları isə QHTM-nə Tiflisə göndərilməmişdir. Azərbaycanın dövlətçilik tarixinin əsas atributlarından olan, dövlətçilik ənənərinin əyani təcəssüm etdirən, Azərbaycan xanlıqlarının xarici muzeylərdə saxlanılan bayraqlarının aşkar edilməsi istiqamətində elmi tədqiqatlarımın 2015-ci ildə çox böyük uğurla nəticələnmişdir.
Əldə etdiyim elmi nəticələrlə kifayyətlənməyərək, bu sahədə tədqiqatlarımı davam etdirmək məqsədi ilə ikinci dəfə Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə 2015-ci ilin dekabr ayının 15-dən 30-dək elmi ezamiyyətdə oldum. İkinci elmi ezamiyyətim dövründə Rusiya Federasiyasının bayraq fondları və arxivlərində tədqiqatlarımın nəticəsi olaraq "Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi"nin bayraq fondunda Azərbaycanın Naxcıvan xanlığına məxsus, bu günə kimi məlum olmayan sayca üçüncü bayraq tərəfimdən aşkar edildi.
Tərəfimdən aşkar olunmuş bayraqlar Azərbaycanın dövlətçilik ənənələrinin, rəmzlərinin tarixi köklərinin əyani sübutudur! Bu istiqamətdə elmi tədqiqatların aparılması, həmçinin Naxçıvan xanlığının bayrağının aşkar edilməsi zəruriyyəti 2010-cu ildə nəşr olunmuş "Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi" adlı manoqrafiyamda qeyd edilmişdir. Qeyd etmək istərdim ki, Naxçıvan şəhərindəki Dövlət Bayrağı Muzeyində birinci elmi ezamiyyət dövründə aşkar etdiyim Naxçıvan xanlığının dövlət və döyüş bayraqlarının hazırlanmış mulyajlarının 16 noyabr 2015-ci ildə təqdimatı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri cənab Vasif Talıbov aşkar edilmiş bayraqların tarixi əhəmiyyətini qeyd etmiş, mənim Naxçıvan xanlığının bayraqlarının öyrənilməsi istiqamətində elmi fəalliyyətimi və əməkdaşlığımı yüksək səviyyədə qiymətləndirərək "Naxçıvan Muxtar Respublikasının 90 illiyi" yubiley qızıl medalı ilə təltif edildim. RF Sankt-Peterburq şəhərindəki muzeylərdə apardığım elmi tədqiqatlarım nəticəsində aşkar etdiyim Naxçıvan xanlığının sayca üçüncü bayrağı 1827-ci ildə xanlığın işğalı zaman general İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür və Muzeyin fondunda "XVIII-XIX əsr müsəlman bayrağı" kimi saxlanılır. Aşkar olunmuş Naxçıvan xanlığının üçüncü bayrağı düzbucaq formada eni 92 sm, uzunluğu 192 sm-dir. Bayraq bir-birinə üfüqi şəkildə tikilmiş solğun yaşıl və qırmızı parçalardan ibarətdir. Bayrağın yaşıl hissəsində simvolik günəş formasında qırmızı parçadan səkkiz güşəli ulduz tikilib. Bayrağ qumaşının çoxsaylı zədələrindən aydın olur ki, sözügedən bayraq döyüşlərdə istifadə edilib. Bayrağı dəqiqliklə tədqiq etdikdə görünür ki, üzərində zədələnmiş hissələr bərpa edilərək, tikilərək, bir neçə yerdən yamanıb. Bayrağın üzərindəki ulduzun bir hissəsi zədəli olduğundan, bərpa edildikdən sonra ulduz yeddigüşəli qalıb. Bayrağın sol tərəfində şaquli olaraq bayraq torbacığı tikilib. Şam ağacından hazırlanmış bayraq ağacının dəmirdən düzəldilmiş nizəvari formada, ortasında içi boş kürəcik olan bayraq ucluğu taxılıb. Bayrağın üzərindəki rənglər, istifadə edən xalqın tarixi ənənələrini əks etdirir. Yaşıl rəngin çox mənaları var, islamçılıqla yanaşı - bolluq, həyat sevgisi, inam, sevinc, ümid, azadlığı ifadə edir. Qırmızı rəngin isə, müasirliklə yanaşı, digər mənaları da olub; - məhəbbət, yüksək məqsədlər, qəzəb, igidlik, cəsurluq, düşmənin axan qanını ifadə edib.
Naxçıvan xanlığının Dövlət bayrağının üzərindəki səkkizguşəli ulduz və aypara kompozisiyasının əks edilməsi və xanlığın üçüncü bayrağının qırmızı və yaşıl rəngli olması, üzərində səkkizguşəli ulduz rəmzinin təsviri subut edir ki, Azərbaycan Respublikasının dövlət bayrağındakı rəmzlər və rənglər, 1918-ci ildə Azərbaycan Xalq Cumhüriyyətindən də qabaq, Azərbaycanın tarixi bayraqlarında milli rəmz kimi istifadə edilib və azərbaycançılığı, milli məfkurəni, dövlətçilik ənənələrini əks etdirən mühüm amil olmuşdur. Azərbaycan xanlıqlarının bayraqlarını müqayisə edərkən, üzərlərindəki yazıların və rəmzlərin təhlili nəticəsində müəyyən olunur ki, Naxçıvan xanlığının bayraqlarından başqa, heç bir xanlığın bayrağının üzərində xanlıqlara mənsubluğunu bildirən rəmz istifadə olunmayıb. Səkkizgüşəli ulduz Azərbaycan ərazisində qədim dövrlərdən istifadə edilmiş və müqəddəs hesab olunmuşdur. Azərbaycanda qədim zamanlardan ulduz əbədilik rəmzi kimi istifadə edilib. Daha da erkən dövrdə yüksək məqsədlər və arzular rəmzi idi. Ulduz istiqamət və xoşbəxtçilik emblemidir. Bayarqların üzərindəki rəmz və emblemlər ya keçmişi, yaxud da xalqın işıqlı gələcəyə, yüksək məqsədlərə olan meylini bildirir. Hər halda, hər bir bayraq, ulduzların, xətlərin və başqa simvolların müəmmalı dili ilə, öz xalqının müqəddəratını bildirir. Aşkar edilmiş Naxçıvan xanlığının üç bayrağı özündə xanlığın siyasi-ideoloji və dini dəyərlərini əks etdirir. Bayraqların təsvirlərini təhlil edərkən belə qənaətə gəlirəm ki, təqdim olunan Naxçıvan xanlığının üç bayrağının tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, ideoloji, dini və tarixi mədəni ənənələrini əks etdirir. Naxçıvan xanlığının bayraqlarının elmi tədqiqatının nəticəsi göstərir ki, Naxçıvan xanlığının bayraqları tarixi dövlətçilik ənənələrinə və tarixi rəmzlərinə əsaslanaraq tərtib edilmişdir. Belə ki, Naxçıvan xanlığı ideoloji baxımdan möhkəm, tarixi ənənələrə, köklərə bağlı dövlət qurumu kimi fəaliyyət göstərib. Azərbaycanın tarixi bayraqlarının öyrənilməsi və nəticələrinin təbliği göstərir ki, Azərbaycan dərin dövlətcilik ənənələrinə malik olmuşdur. Gələcəkdə bu istiqamətdə daha çox elmi tədqiqatların aparılması zəruridir. Azərbaycanın tarixi bayraqlarının axtarılmasını və elmi tədqiqatların nəticələri barədə ictimaiyyətə mütamadi olaraq məlumat verilməlidir. Bu sahədə elmi tədqiqatların nəticələrinin təbliği vətəndaşlar, xüsusən gənclər arasında vətənpərvərlik hissinin güclənməsinə, Azərbaycan barədə doğru olmayan məlumatlar yayanlara qarşı mübarizəyə və Azərbaycanın qədim dövlətçilik ənənlərinin təbliğinə xidmət edəcəkdir. Qarabağ, Şirvan, Quba və digər xanlıqların bayraqlarının axtarışı və müəyyən edilməsi istiqamətində tərəfimdən araşdırmalar davam etdirilir.
Pərvin Gözəlov,
bayraqşünaslıq və geraldika üzrə mütəxəssis,
tarix üzrə fəlsəfə doktoru






DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

12.10.2026 / 17:38
Ukraynalılar Trampın yaxınları ilə Mayami danışıqlarını vaxtından əvvəl tərk etdilər...

12.10.2026 / 17:06
Bismillah adlı şəxs - “Təkböyrəklilər ölkəsində baş verən dəhşət" ...

12.10.2026 / 16:50
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - FOTO

12.10.2026 / 16:29
Kallas Trampın Rusiya ilə dizel anlaşmasına çox aqressiv cavab verdi...

12.10.2026 / 16:20
Laos Prezidenti Bakıya gəldi - FOTO

12.10.2026 / 16:17
"Xaricdən gələn ideoloji təhdidlərin neytrallaşdırılması günümüzün əsas tələbidir" - Vüqar Rəhimzadə

12.10.2026 / 16:04
Bakıda məktəb direktorunun avtomobili yandırıldı

12.10.2026 / 15:46
Ərdoğanın və Baxçalının deputatları əmlakların araşdırılması qanununa imkan vermədilər...

12.10.2026 / 15:43
ABŞ və İsrail İrana qarşı müharibənin növbəti mərhələsinə start verir...

12.10.2026 / 15:28
Azərbaycanın ilk addımı məscidlərin bərpası oldu

12.10.2026 / 15:23
Qəzənfər Paşayev: “Vahid məktəbli formasının olması çox böyük xoşbəxlikdir”

12.10.2026 / 15:19
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

12.10.2026 / 15:16
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqləndi

12.10.2026 / 14:59
Ceyran Mahmudova:"Hər bir şagirdin eyni geyim qaydalarına riayət etməsi məktəb kollektivinə mənsubiyyət hissini gücləndirir..."

12.10.2026 / 14:45
Paşinyan Cermuk və Sisyanı Amulsar qızılına bükməyə hazırlaşır...

12.10.2026 / 14:17
MŞ-nın komissiya sədri Avropa Müstəqil Mətbuat Şuraları Alyansının illik toplantısında iştirak edib - FOTO

12.10.2026 / 13:50
Prezident İlham Əliyev və Mehriban Əliyevanın adından Kambocanın Baş naziri və Birinci xanımının şərəfinə rəsmi nahar verilib - FOTO

12.10.2026 / 13:23
Məhəmməd Füzuli yaradıcılığında memarlıq motivləri və cizgiləri

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ