30 il davam edən Ermənistan – Azərbaycan münaqişəsinə 2020-ci ilin noyabr ayında son qoyuldu. Belə ki, doğma Azərbaycanın qeyrətini, namusunu canından əziz tutan qəhrəman oğullarımız 44 günə erməni dığalarını məhv edərək, Vətən torpaqlarında üç rəngli qələbə bayrağımızı ucaltdılar. Bu haqq savaşımızda minlərlə şəhidimizdən biri də Lənkəran elində dünyaya göz Elşad Elman oğlu Zeynallıdır. Adı xalqın yaddaşından heç zaman silinməyən bu Vətən sevdalısı ağır müharibə meydanlarda göstərdiyi misilsiz qəhrəmanlığa görə ölkə başçısının verdiyi sərəncamlara əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və digər medallarla təltif olunub.
Bu günlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları şəhid Elşad Zeynallının Lənkəran rayonunda yaşayan ailəsini ziyarət ediblər. Görüşdə şəhidin keçdiyi döyüş yolundan, xalqımıza zəfər sevinci yaşadan Vətən müharibəsində göstərdiyi şücaətlərdən danışılıb, onun xatirəsinin daim qəlblərdə yaşayacağı vurğulanıb. O, da bildirilib ki, şəhidin ailəsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil verilib və müvafiq sosial ödənişlər edilib. Bundan sonra da ailə daim sosial dəstəklə əhatə olunacaq.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü