Bazar ertəsi günü, 09 noyabr 2026
     

Dərdin böyütdüyü uşaq... - Hafiz Təmirov yazır

Image


Hər gücə göz yaşları içində yuxuya getmək əzabı səhər saatının zəngi çalınanda bitirdi. Günahları bağışlanıb, cəhənnəmdən cənnətə girməyə həsrətlə can atan adamların sevincini yaşayırdı məktəbə gedəndə. Çalışqan, səliqəli və savadlı idi Gülnar. Ən böyük arzusu isə narkoloq-həkim olmaq, atasının və onun kimilərin “ağ ölümün” toruna necə düşdüklərini öyrənmək idi.

O böyüklərin dünyasında özünü tapa bilmirdi. Görəsən tez böyüsəydi gördüklərini, eşitdiklərini unuda biləcəkdimi? Hərdən fikirləşirdi ki, insan böyüdükcə onun dərdi, sevinci, istəkləri də böyüyür. Evdə xəstə nənəsini, gecələr çörək bişirib səhəri əli yanmış vəziyyətdə qayıdan anasını, onlara hər gün işgəncə verən atasını özü yaşda təsəvvür edəndə üzündə qəribə bir təbəssüm yaranırdı və tez də yoxa çıxırdı. Gülməyi yadırğamışdı. Sonuncu dəfə nə vaxt ürəkdən güldüyünü də xatırlamırdı. Hər gecə anasının suluqlamış əlindən öpüb işə yola salır, evin yolunu güclə tapan atasını qarşılamağa isə ürək eləmirdi.

Evləri ona qorxu filmlərini xatırladırdı. Çarəsizliyini dərk edirdi, ancaq nələrisə  dəyişdirmək gücündə deyildi. Ona elə gəlirdi ki, nələrisə dəyişdirmək üçün mütləq böyüməlidir, böyüklərin dünyasına düşməlidir. Hərdən kimsə ona “Böyüyəndə nəçi olacaqsan, hansı sənəti seçəcəksən” deyəndə bir anlıq duruxurdu. “Mən artıq böyümüşəm”,- deməyə gücü çatmırdı. Bəzən hamıdan qaçıb uzaq bir yerdə “Məni anamın yanmış əlləri, nənəmin çarəsiz xəstəliyi, atamın bizi adam yerinə qoymamağı böyütdü”,- deyib qışqırmaq istəyirdi. Atasının düşdüyü bataqlıq onların ailəsini yavaş-yavaş udurdu...

Əyni təzə paltarın sevincini yaşamamışdı bu illər ərzində. Aclığa, yoxsulluğa, hər şeyə dözməyə hazır idi qızcığaz. Evdə artıq satılası bir şey də qalmamışdı. Çəkidə yüngül, dəyərdə baha nə vardısa atasının qaranlıq dünyasına qurban getmişdi. Oturmağa stul, yatmağa çarpayı belə yox idi. Qohum-əqrabasının ayağı da illər idi ki, kəsilmişdi  bu evdən.  Gülnar üçün həyat evlərinin qapısından içəri girəndən sonra bitirdi. Bir də sabahı gözləmək bir ömür kimi uzun gəlirdi ona.

Bir gün məktəbdən evə qayıdanda atasının onun kitab dəftərini sobaya atıb yandırdığını gördü. Qorxusundan bir söz belə deməyə cürət etmədi. Susdu və dilsiz göz yaşları danışmağa başladı:

- Ata, onlar mənim bu evdə sığındığım ümidlərim və xoşbəxtliyim idi.

- Onlar heç məni xoşbəxt etmədi. Səni necə xoşbəxt edəcək bu dilsiz-ağızsız söz yığınları.

- Yox ata, mən səninlə danışmağa cürət etməyəndə onlar mənə ata oldu, böyük oldu, yol göstərdi. Onlar anamın yanmış əllərinin qazancı ilə alınmışdı  axı...

Gözünü açanda başı nənəsinin dizləri üstündəydi. Qulaqlarında isə “Kəs səsini! Buna bax, oxuyub nə olacaq bilinmir. Kitab davası edir. Yaxşı etmişəm yandırmışam. Sənin kitabına görə soyuqdan ölməliyəm? Boş-boş kitab oxumaqdansa, get ananla çörək bişir, evə pul gətir, deyən atasının qəzəbli səsi möhürlənmişdi.

Pəncərəni açıb dərindən nəfəs aldı. Əllərini yana açıb quş kimi mən də buradan  uçaram deyib gözlərini yumdu. Birdən yan otaqdan yatan anasının səsindən diksinən kimi oldu. “Sənə qurban olum, qızım. Sən mənim, qardaşının, hər birimizin gələcəyisən. Sən həkim olub  mənim yanmış əllərimi  sağaldacaqsan. Ancaq bu  yanmış ürəyimi isə kimsə sağalda bilməyəcək”. Anası dərdini, arzularını yuxularına da daşımışdı...

Yenə pəncərənin önünə gəldi, yenə əllərini yana açdı. Birdən gözlərinin önündə sanki yer-göy işıqlandı. “Probleminizi, dərdinizi, deməyə çəkinməyin. Əlinizin altında üç sehrli düymə, üç sehirli rəqəm var. Harda olsanız, o sizin xilaskarınız ola bilər”.  Bu fikirləri məktəbdə ona  deyən polisin xoş simasını xatırladı...

Səhər bir başqa cür açılmışdı. O səhərin günəşi də, göyləri də bir başqa idi. O səhərdən düz 20 il keçmişdi. Narkoloji dispanserin həkimi Gülnar Əlibəyli narkotik istifadəçisi olan ataları, anaları, qardaşları, bacıları və uşaqları xilas edirdi...

Hafiz Təmirov,
polis polkovnik-leytenantı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ