11/06/2023 02:23
728 x 90

Bakı sakinlərini "24/7" reklamı ilə aldadan apteklər...

img

Bu gün ölkədə 24 saat işləyən apteklər fəaliyyət göstərir. Apteklərin 24/7 işləməsinin səbəbi gecə vaxtlarında kiməsə təcili dərman preparatı lazım olarsa, həmin əczəxanadan əldə edə bilsin. Ancaq bəzi əczaxanaların önündə  24/7 işləməsi haqda məlumat lövhəsi qoyulsa da buna əməl edilmir, qapısı bağlı olur.

Qanunvericilikdə qeyd edilir ki, aptekin fəaliyyəti 24/7 formatındadırsa əczaxana müvafiq sayda işçi ilə təmin olunmalıdır. Ancaq buna əməl edilmədiyi üçün 24/7 işlək olması nəzərdə tutulan apteklər gecələr fəaliyyət göstərmir.

  • Eyyub Hüseynov: “Sutka ərzində işləyəcəyini bəyan edib buna əməl etməyən apteklərin bu addımı istehlakçıların aldadılmasıdır”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, sutka ərzində işləyəcəyini bəyan edib buna əməl etməyən apteklərin bu addımı istehlakçıların aldadılmasıdır. Bu problemin həll olunması üçün aidiyyəti dövlət qurumları lazımi işlər görməlidir.

  • Pərvanə Mustafayeva: “24/7  formatında olan apteklərin gecə işləməməsinin səbəbi əczaçı sayının yetərincə olmaması ilə bağlıdır”

Həkim ekspert Pərvanə Mustafavanın sözlərinə görə, hər bir ərazidə bir və ya iki 24/7 saat formatında işləyən aptek olmalıdır. Bu mütləqdir: “Gecə vaxtı hər hansı bir hadisə baş verir və vətəndaş böyük ümidlə 24/7 işlədiyini düşündüyü əczaxanaya gedir və bağlı qapı ilə rastlaşır. Çarəsiz qalan vətəndaş sabahın açılmasını gözləməli olur. O müddət ərzində xəstənin vəziyyətinin ağırlaşmayacağı da Allaha qalıb.  Apteklərin 24/7 işləməməsi vətəndaşların istehlakçı hüquqlarının pozulmasına səbəb olur”.

Həmsöhbətimiz hesab edir ki, 24/7  formatında olan apteklərin gecə işləməməsinin səbəbi əczaçı sayının yetərincə olmaması ilə bağlıdır: “Məlumdur ki, bu tip müəssisələrdə gecə növbəsi üçün ayrıca ştat olur. Ancaq sahibkar əlavə ödəniş etməmək üçün ya özü gecə növbəsində işləməli olur ya da apteki bağlayır. Belə olan halda həmin əczaxana məsuliyyət daşıyır. Aptek tam gün formatında çalışa bilmirsə əczaxananın önündə vurduğu 24/7 elanını yığışdırmalıdır”.

Günel CƏLİLOVA

Peşə etikası

Son xəbərlər