Bazar ertəsi günü, 09 noyabr 2026
     

Azərbaycan dünyanın "pis xoşbəxtləri" sırasında - 6 səbəbdən hansı daha ziyanlıdır...

Image


BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan illik Dünya Xoşbəxtlik Hesabatı  açıqlanıb. Hesabatda ilk yerlərdə Finlandiya, Danimarka, İsveçrə, İslandiya, Hollandiya, Norveç və İsveç kimi ölkələr qərarlaşıb. 

Rusiya yenilənmiş reytinqdə 80-ci yerdən 70-ə yüksəlib. Keçmiş SSRİ respublikaları arasında Litva 20-ci, Estoniya 31-ci, Latviya 41-ci, Qazaxıstan 44-cü, Özbəkistan 54-cü, Qırğızıstan 62-ci, Tacikistan 80-ci, Gürcüstan 90-cı, Ukrayna 92-ci yerdədir. Azərbaycan isə adıçəkilən siyahıda 88-ci yerdə qərarlaşıb. Ermənistan siyahıda 79-cu yerdə qərarlaşıb.  Türkiyə 102-ci, İran 116-cı yerdədir.

Qeyd edək ki, bu hesabatın hazırlanması üçün tədqiqatçılar 149 ölkədəki vəziyyəti 6 kateqoriya üzrə araşdırıblar:

-adambaşına düşən ümumi daxili məhsul;

-sosial dəstək;

-sağlam ömür uzunluğu;

-seçim azadlığı;

-əhalinin səxavətliliyi;

-ölkədəki korrupsiya səviyyəsi.

Maraqlıdır, Azərbaycanda xoşbəxtlik səviyyəsi nə üçün aşağıdır? Xoşbəxtlik səviyyəsinə görə Azərbaycanın Ermənistanla müqayisədə zəif olmasında yuxarıda qeyd edilən səbəblərin hansı daha çox rol oynayır?

  • Elçin Bayramlı: “Azərbaycanın xoşbəxt ölkələr siyahısında geriləməsinin bir neçə səbəbi var”

Sosial sahə üzrə ekspert Elçin Bayramlı “Bakı-Xəbər”ə açıqlamasına qeyd etdi ki, Azərbaycanın xoşbəxt ölkələr siyahısında geriləməsinin bir neçə səbəbi var: “Məlumdur ki, son zamanlar əhalinin maddi vəziyyəti ağırlaşıb. Davamlı qeydə alınan bahalaşma, inflyasiyanın davam etməsi və evsizlik problemi əhalinin sosial vəziyyətinə təsir edir. O da bəllidir ki, maddi sıxıntı aqressiyanın, stresin çoxalmasına səbəb olur.  Bu kimi problemlər ailələrdə narahatlıq yaradır”.

E.Bayramlı xoşbəxt ölkələr siyahısında Ermənistanın  Azərbaycandan öndə olmasını qəbul etmədiyini bildirdi. Məlumdur ki, Ermənistan iqtisadiyyatı Azərbaycandan qat-qat geridədir: “Həmin ölkədə işsizlik, sosial problemlər baş alıb gedir. Belə olan halda Ermənistan xoşbəxt ölkələr siyahısında 79-cu yerdə qərarlaşması müəmmalıdır”.

  • Könül İsmayılova: “Azərbaycan xoşbəxt ölkələr siyahısında 88-ci yerdə deyil, Ermənistandan belə öndə olmalıdır”

Psixoloq Könül İsmayılova bildirdi ki, insanın xoşbəxt olması üçün təkcə pulun olması bəs deyil: “Elə ölkələr var ki, aylıq gəliri çox yüksəkdir, amma vətəndaşları heç də xoşbəxt deyillər. Amma azgəlirli elə ölkələr də var ki, insanları özlərini daha xoşbəxt sayırlar. Dünyada xoşbəxtliyi müəyyənləşdirmək üçün konkret metodologiyadan istifadə olunur. Belə ki, həmin metodologiya əsasında ölkələrin və orada yaşayan insanların xoşbəxt olub-olmamasını müəyyənləşdirməyə çalışırlar. BMT tərəfindən dəstəklənən dünyanın xoşbəxt ölkələri ilə bağlı indeksi hesablayan zaman bu metodologiyadan istifadə olunur. Bunun üçün çox müxtəlif metodlardan istifadə etməyə də çalışırlar. Məsələn, vətəndaşlar arasında sorğular keçirir, eyni zamanda, BMT-nin İnkişaf Proqramının insan inkişafının hesabatına uyğun olaraq ölkədə uzunömurlülük göstəricisi, təhsil və səhiyyə sistemi nəzərə alınır. Həmçinin bu indeks hesablanan zaman ekoloji mühit də əsas götürülür. Göründüyü kimi, konkret metodologiyadan istifadə olunsa belə, bu üsullar çox sadədir. Uzunömürlülük müddətinin müəyyənləşdirilməsi, həmçinin səhiyyənin inkişafını müəyyənləşdirmək üçün istifadə olunan indikator və təbii ki, ekoloji mühit götürülür”

Psixoloq hesab edir ki, Azərbaycan əhalisinin əhəmiyyətli hissəsi özünü xoşbəxt hiss edir. Əhalinin 80 faizə yaxını öz yaşayışından, həyat tərzindən razıdır: “Onu da deyim ki, ölkə əhalisi xoşbəxtliyin dadını yeni alır. Çünki müharibədə qalib olmuşuq, torpaqlarımız azad olub. Ancaq Ermənistan isə məğlub ölkədir. Son zamanlar Ermənistan əhalisinin maddi vəziyyətinin yaxşı olmaması, əhalinin tez-tez sosial problemlərlə bağlı üsyan etməsi və digər səbəblər onu deməyə əsas verir ki, bu ölkənin əhalisinin rifah halı Azərbaycandan üstün ola bilməz”.

Həmsöhbətimiz onu da vurğuladı ki, hesabatın hazırlanması üçün tədqiqatçılar bir neçə kateqoriya üzrə araşdırma aparıblar. Həmin kateqoriyalardan biri də uzunömürlülükdür. Məlumdur ki, Azərbaycan əhalisi uzunömürlülüyünə görə seçilir. Elə bölgələr var ki, sırf oranın əhalisi uzunömürlüdür: “İndeks hazırlanan zaman səxavətlilik meyarından istifadə olunur. Danılmaz faktdır ki, Azərbaycan əhalisi səxavətlidir. Biz bir tikə çörəyimiz belə bölürük. Bu tarixən belə olub, belə də olacaq. Həmçinin, sosial dəstək meyarına görə də əhalinin xoşbəxt olub-olmaması müəyyən olunub. Bəllidir ki, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda əhaliyə müxtəlif təyinatlar üzrə sosial yardımlar edilir. Bu kimi faktlar onu deməyə əsas verir ki, Azərbaycan xoşbəxt ölkələr siyahısında 88-ci yerdə deyil, Ermənistandan belə öndə olmalıdır”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ