Millət vəkili Fazil Mustafa Təcili Tibbi Yardım Briqadası tərəfindən Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Bu barədə Trend-ə mərkəzdən məlumat verilib.
Çiyin və ayaq nayihəsindən güllə yarası alan millət vəkili hazırda həkimlər tərəfindən müayinə edilir.
TƏBİB-dən isə bildirilib ki, qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.
Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.
XXX
Millət Vəkili Fazil Mustafaya sui-qəsd təşkil olunub. Trend xəbər verir ki, deputat evinin yaxınlığında naməlum şəxs tərəfindən güllələnib.
Deputat yaralı vəziyyətdə xəstəxanaya aparılıb.