10/06/2023 09:16
728 x 90

Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlandı

img

Dövlət sərhədini pozmağa çalışan Gürcüstan vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, mart ayının 24-də saat 21:45-də Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının Qazax rayonunun İkinci Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 1 nəfər Gürcüstan vətəndaşı saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin 1981-ci il təvəllüdlü Qəhrəmanov Vidadi Ayaz oğlu olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Peşə etikası

Son xəbərlər