
Həştərxandakı Azərbaycan İş Mərkəzində Novruz şənliyi keçirilib. Mərasimə Azərbaycan və digər xalqların diasporasının üzvləri, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) üzvləri, vətəndaş cəmiyyətinin nümayəndələri və rəsmi şəxslər qatılıb.
Novruz atributları ilə bəzədilmiş meydançada həm də Novruz təamları ilə zəngin yarmarka təşkil olunub. Bayram təbriklərindən sonra mərasim mahnı və rəqslərlə, uşaqların yumurta döyüşdürməsi və digər Novruz oyunları ilə davam edib. Ayrı- ayrı musiqi kollektivlərinin çıxış etdiyi Novruz şənliyinə tədbir iştirakçıları da qoşulub. Tədbir möhtəşəm Yallı rəqsi ilə bitib.