
Abşeron Rayon Polis İdarəsinin rəisinə yeni müavin təyin olunub.
Məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə polis polkovnik-leytenantı Vüsal Axundov Abşeron RPİ rəisinin xidmət üzrə müavini təyin edilib.
Qeyd edək ki, 1 ay əvvəl polis polkovniki Musa Musayev Binəqədi RPİ-nin rəisi vəzifəsindən azad edilərək Abşeron RPİ-nin rəisi təyin edilmişdi.
Daxili işlər naziri Vilayət Eyvazov digər əmrə əsasən, Abşeron Rayon Polis İdarəsinin rəis müavini Elçin Rəcəbov vəzifəsindən azad edilib.
E. Rəcəbov Baş İctimai Təhlükəsizlik İdarəsində müvafiq vəzifəyə təyinat alıb.