Bazar ertəsi günü, 09 noyabr 2026
     

ADINA VƏTƏN DEYİRİK, BU QARA GÖZLÜ TORPAĞIN

Image


...Seyrək çap olunsa da oxucularının qəlbində çoxdan özünə yer tapmışlardandır Hafiz Hacxalıl (Təmirov). Zamanın dolaylarında heç vaxt sözlə, sözə çevrilən dərdləri ilə dostluğunda etibarsızlıq eləməyib. İndiyə kimi işıq üzü görən kitablarında toplanan şeirləri Hafizin sözün sədaqətlilərindən olduğunun sübutudur. 

Ta dünyanın o başından, 
İzimnən gələn dərdlərim, - deyən şair çəkdiklərini özünə yaraşdırır. Nə sirri-xudadırsa dərd yaradıcı adamların az qala ilham mənbəyinə çevrilib. Sıravi bir adam tuş olduğu dərddən, dərdlərdən biryolluq qurtarmaq istəyir. Yaradıcı adam isə (indiki halda şair) çəkdikcə çəkir, ondan qurtulmaq  haqqında düşünmür. Hafiz Hacxalılın bir ömür əziziləyə-əzizləyə çəkdiyi dərdlər misalı: 
Dələr sinəmi, ha dələr,
Can üzülər, dada gələr.
Məni ölümnən hədələr,
Dərdimdən ölən dərdlərim.
“Arzu ömrü uzatmır” adlı kitabı, əslində  Hafiz Hacxalıl poeziyası haqqında demək istədiklərimi üzə çıxarnaq üçün yaxşı bir bəhanə oldu. Onun “Elm və təhsil” nəşriyyatında çap olunan kitabında Vətən ətirli, sevgi ovsunlu şeirləri, vətəndaşlıq yanğısı ilə yazdığı publisistik yazıları və haqqında yazılanlar yer alıb. AYB üzvü Könül Səidin “Ondan şeir ətri gəlir” adlı ÖN SÖZü kifayət edər ki, Hafiz Hacxalıl haqqında, onun poeziyası haqqında kifayət qədər bilgi alasan. 
Əvvəlki kitablarında da Hafiz Hacxalıl gözəlim Vətəni sevə-sevə, ağrılarına yana-yana tərənnüm edib. Şair kiçik həcmli bu kitabına Vətəni sığdıra bilib, özü də sevə-sevə: 
Dar günündə bir olmağı bacardıq,
Nə “mən” dedik, nə “sən” dedik, ay Vətən.
Qanımızla sulandı hər qarışın,
Son nəfəsdə Vətən dedik, ay Vətən!
Şairə görə səsi ilə, nəfəsi ilə ürək dağlayan Qədir Rüstəmovun səsi də otuz il bizdən  aralıda qalan, düşmənin soyuq baxışları altında əzilən Vətənin dərdinin dərddaşıdır. Oxuyur, adamı yerlə-yeksan edib oxuyur, içini viran edib oxuyur:
Bu nə nəfəs, bu nə səsdi,
Dinləyin, Qədir oxuyur.
Oxumur ki, inildəyir,
Bağrımı didir, oxuyur.
Ürək yara, can yarımcan,
Sona yetər həsrət haçan?
Xəyalında Şuşayacan,
Ağdama gedir, oxuyur.
O səsin getdiyi Şuşaya da qar yağır şairin misralarında: 
Şuşaya qar yağır,
Üşüyür Xanın səsi.
Donub şəhid qəbrində,
Bir ananın naləsi.
Hafiz Hacxalıl çiynində daşıdığı ulduzların, sözün, torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçən şəhid anasının qarşısında sayğı duruşunda dayanmağı bacarır. Çünki o, daşığı rütbənin, sözün, torpaq sevgisinin məsuliyyətinin yaxşı bilir:
Anam, o qəbrin üstə,
Töküb də dil, ağlama!
Sən şəhid anasısan,
Gözünü sil, ağlama!
Dağıt şəri, yalanı.
Qoru ondan qalanı.
Sən o oğul balanı.
Ölümsüz bil, ağlama!
Bütün ölümsüzlükləri yaradan torpaq sevgisidir. O sevgi ki, otuz il bizdən aralı qalsa da, içimizdən ayrı qalmadı. O sevgi ki, uğrunda şəhidlik zirvəsinə ucaldı ərənlərimiz, Vətənə döndərdi qara torpağı. Şair-polisimiz isə torpağı belə əzizləyir:
Adına Vətən deyirik,
Bu qara gözlü torpağın.
Uğrunda can veririk,
Bu qara gözlü torpağın.
Ana deyib ağlayırıq,
İtirsək yas saxlayırıq.
Öpürük, qucaqlayırıq,
Bu qara gözlü torpağı.
İnternet resurslarında yayınlanan gözəl şeirləri  ona yazdıran ÜRƏKlə gecə-gündüz “savaşda”dır Hafiz. Elə hərdən onunla da təklikdə söhbət etməyə ehtiyac duyur, HEYİF, SƏNLƏ OLMUŞUQ, ÇƏNGƏL-BIÇAQ, ÜRƏYİM deyir:
Unut, özünü unut.
Budu sonuncu umud.
Bərk yapış, əlimdən tut.
Burdan qaçaq ürəyim.
Amma ürəyin çəkdiyi ağrı-acısı ilə gözəldir. Elə o çəngəl-bıçaqda olduğu ürəyi Hafiz Hacxalıla nələr yazdırmır ki... 
Bəlkə də peşmansan yarandığına, 
Mən dərman tapmıram dərdinə, ürək.
Qismətim belədir, ya yerdən çıxar,
Ya göydən başıma dərd enər, ürək. 
Götür get başını, çəkil küncə sən.
Hələ döyünəcən mən ölüncə sən.
Bax, həsrət qalmısan bir sevincə sən,
Mənim də dilimdə dərd dinər, ürək. 
Kiminsə həyatına qıymaq həm günah, həm də cinayət sayılsa da polis-şair üzünü göylərə tutub görün nə deyir:
Səbrin ki, böyükdür, yenə bağışla,
Döndüyüm qibləyə, yönə bağışla.
İlahi, özünü görməzliyə vur,
Məni öldürəni mənə bağışla,
Bir gözəl gəzirəm məni öldürə.
Dedim axı, “Arzu ömrü uzatmır” kitabı əlimə bəhanə kimi keçdi. Hərdən qeyri-ixtiyari mətbuatdan oxuduğum şeirlərinə də müraciət etməli oluram: 
Üzün şehə batmış yaz çiçəyidir,
Nazınla oynayır arı gözlərin.
Sən başdan-ayağa gülüstansanmış,
Sarısı, yaşılı, alı gözlərin.
Deyirlər uzadır məhəbbət ömrü,
Yarı yolda qoyur xəyanət ömrü.
Allahın verdiyi əmanət ömrü.
Yarı sən alırsan, yarı gözlərin.
Bu bəndi nəyə görə xatırladım... Kitabın adını daşıyan misrası var Hafiz Hacxalılın:
Arzu ömrü uzatmır,
Xoş gün hələ uzaqdır.
Qırx yaş dayanacaqdır,
Sonuncumu, bilmirəm...
Hə, şair haqlı olaraq düşünür ki, ARZU ÖMRÜ UZATMIR. Arzu məhəbbətlə yoğrulanda ömrü uzadır. İki müxtəlif zaman kəsiyində yazılan bu şeirlər arasında bir-birini tamamlayan əks gözəllik var. Elə bəlkə də arzuların ifadəçisi olan o gözlərin hökmüdür ki, şairin saçında dənə, ürəyində ağrıya çevrilib. Zamanın əlindən kim qaça bilir ki... Qaçmaq istəyəndə kiminsə saçında dən, kiminsə ürəyində həsrət  pərvəriş tapır. Bunlar insanı var edən, yaşadan ağrılardır:
İllər bizi ayrı salıb nə vaxtdır,
Saçlarımda dən olmusan, bilirsən.
Səni anıb unutmuşam özümü,
Yavaş-yavaş mən olmusan, bilirsən?
Şairin haqlı qənaətinə görə, ömrə gələnlər, ömürdən gedənlər iz qoyduğumuz yolların quluna çevrilməyə məhkumdur. Ona görə də üstündə dünyanı əriş-arğac elədiyimiz, taleyimizi tapdığımız, tapdıqlarımızı itirdiyimiz yollara hamı kimi şairin qəhrəmanı da alışmalıdır. İllər öncə yazdığı bir şeirdəki kimi:
Demə ürəyində, bəlkə gələcək,
Bir uzaq dənizdən yelkən gələcək.
Çağırsan sakitcə kölgəm gələcək.
Gəz, dolan beləcə alış yollara.
DİN Mətbuat Xidmətinin rəis müavini, “Polis” qəzetinin redaktiru, polis polkovnik-leytenantı Hafiz Təmirovun (Hacxalıl) “Vətən müharibəsinin zəfəri”, “Doğum günün mübarək, Ağdam” adlı publilisistik yazılarını kövrəklik qarışıq bir istəklə oxumalı olursan. Bu yazılarda, bundan əvvəlki kitablarında olan publilsistik yazılarnda Vətən müharibəsində əsl igidlik göstərən polis əməkdaşlarının şücaətini ustalıqla qələmə alıb Hafiz.  
Kitabın “Dostlar yazıır” bölməsində filologiya üzrə fəlsəfə doktoru Afət Abuşova-Viləşsoyun və Mahir Qabiloğlunun Hafiz haqqında yazdıqları yer alıb. 
...Sevdiyim qələm adamlarından kimisə mütaliə etmək istəyində onların son yazılarını axtarmıram, əlimə keçən ixtiyari əsərini oxuyuram. Səbəbi odur ki, mən bu sevdiklərimin az və ya çox yazdıqlarının fərqində olmuram. Həmin anda mənə elə gəlir ki, bu adamlar hər gün yazır, hər gün çap olunur və mən də onları hər gün oxuyuram. Hafiz Hacxalıl kimi...
Vasif SÜLEYMAN



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ