Bazar günü günü, 13 sentyabr 2026
     

Azərbaycanda saxta diplomlar, imtahandan "2" alan müəllimlər - Nazirin haqlı ittihamlarının ünvanı...

Image


“Elə adamlar var ki, təhsil aldığı dili bilmir”. “Trend”in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı birgə ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir bildirib ki, xaricdə təhsilə icazə verildi, indi minlərlə saxta diplomu olan adamlar ortaya çıxır. “Adam öz oxuduğu ixtisas dilini bilmirsə, biz ona niyə diplom verməliyik?! İndi bu cür suallar meydana çıxır. Biz bu haqda ciddi düşünməliyik”, - deyə nazir bildirib.

Nazir ictimai dinləmədə eyni zamanda başqa bir ciddi məsələyə diqqət çəkib. Bu da pedoqoji sahədə diplom alanlarla bağlıdır. “Pedaqoji diplom almış məzun bizim müəllimlərin işə qəbul imtahanında minimal bal yığmır. Sual olunur ki, biz bu diplomu ona niyə vermişik?” deyə bildirən nazir daha sonra vurğulayıb: “Biz vətəndaşa havayı diplom verəndə axırı yaxşı qurtarmır. O vətəndaş daim narazı qalır ki, onda mənə bir dənə də iş ver və s. Nə vaxtsa, ona yox deməliyik. Biz cəmiyyət olaraq bunun qarşısında dayanmalıyıq, deməliyik ki, sən diplomun standartlarına cavab vermirsən”.

Nazirin hər iki mövzuda fikirləri təhsil ekspertləri tərəfindən müsbət qarşılanır. Təhsil ekspertləri deyirlər ki, hər iki sahədə ciddi problemlər var, bunun da obyektiv və subyektiv səbəbləri çoxdur.

Bu gün öz sahəsində savadsız olan pedaqoji təhsilli insanlar da var, oxuduğu dili bilməyənlər də.

  • “Özünə hörmət edən universitet heç zaman belə etməz”

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) sədri, fəlsəfə doktoru İlqar Orucov bizimlə söhbətində bildirdi ki, nazir fikirlərində haqlıdır. O qeyd etdi ki, elm və təhsil nazirinin vurğuladığı problemlər bütün cəmiyyətə tanışdır. “Mən Milli Məclisdə "Ali Təhsil Haqqında" qanun layihəsinə həsr olunan ictimai dinləmədə iştirak etdim. Əslində nazir orada çox vacib məqamlara toxundu. Deputat Ceyhun Məmmədovun diplomların tanınması ilə bağlı çıxışına rəy olaraq münasibət bildirdi. Hesab edirəm ki, nazir çox doğru məqamlara toxundu. Bir insan xarici ölkədə təhsil alır və diplomunun tanınması üçün müraciət edir, amma təhsil aldığı  dildə danışa, elementar suallara cavab verə  bilmir. Oxuduğu dildə danışa bilmir. Bu halda onun diplomu necə tanına bilər? Yəni nazirin dediyi bu idi.   

Bu əslində çox düzgün yanaşmadır. Əgər sən təhsil aldığın ölkənin  dilində danışa, təhsil aldığın dili bilmirsənsə demək sənin diplomun saxtadır. Yəni nazirin demək istədiyi bu idi. Hesab edirəm ki, cənab nazir çox əsaslı, həm də doğru qeyd etdi”.

İ.Orucov qeyd etdi ki, diplomların nostrifikasiyası ilə bağlı xeyli dəyişikliklər və yumşalmalar var. O vurğuladı ki, yeni qaydalarda diplomların tanınması ilə bağlı qoyulan tələblər yerindədir. “Tutaq ki, tibb sahəsində diplom alan şəxsin  sənədlərinin həm də Səhiyyə Nazirliyi tərəfindən, hüquqşünaslıq diplomu almış şəxslərin biliyinin DİM-in müvafiq imtahanı nəticəsində yoxlanılması tələbi çox düzgündür. Əslində, burada xeyli sayda ixtisaslarda təhsil almış şəxslərə münasibəti əmək bazarının  ixtiyarına buraxmışıq. Amma bütövlükdə gəlin əvvəlki illərə baxaq. Diplomların tanınması ilə bağlı həqiqətən də çox biabırçı durum vardı. Bir gün auditoriyada oturmayan, ali təhsil müəssisəsinin qapısını açmayan və gününü keçirən bir şəxslə savadlı şəxsə eyni münasibəti sərgiləyə bilərikmi? Düşünürəm ki, xeyr, sərgiləyə bilmərik. Bu baxımdan da, diplomların tanınmasına münasibətdə yumşalmanın tətbiq edilməsinin tərəfdarı deyiləm. İnsanlar var ki, ömründə bir dəfə auditoriyada olmayıb, saxta yollarla diplom alıb, hansısa üsullarla diplomunu tanıdıblar, bu gün onlar kifayət qədər yüksək məqamlarda yer tuturlar. Əslində, fikrimcə, Milli Məclisdəki müzakirədə həm deputatlar, həm ayrı-ayrı ekspertlər tərəfindən çox ciddi iradlar səsləndirildi. Bizim “Ali Təhsil Haqqında” Qanunumuzda (bu qanun sahəvi qanundur) çox mükəmməl yer almalıdır ki, biz cəmiyyətimizi, insanlarımızı saxta diplomlu adamlardan qoruya bilək. Bilirəm ki, heç bir nazir bu kürsüdə əbədi deyil. Etiraf edək ki, buraxdığımız ən kiçik səhv belə saxta diplomlu şəxslərin cəmiyyətimizə transfer etməsinə yol aça bilir. Bu da bizim inkişafımıza nə qədər böyük maneələr törədər. Təsəvvür edin ki, ali təhsil almamış, oxumamış bir şəxs saxta diplom əlində hansısa vəzifədə çalşırsa bunun çox böyük fəsadları var, olacaq da. Bunun fəsadları ilə nə qədər qarşılaşmışıq. Ona görə də hesab edirəm ki, bu məsələlərdə diqqətli olmaq lazımdır. Ümumiyyətlə, universitetlərə münasibətdə bizim kifayət qədər ciddi yanaşmamız olmalıdır. Bu gün Azərbaycandakı ali təhsil müəssisələri qlobal çağırışlara cavab verə bilirlərmi? Bizim çox az sayda universitetlərimiz var ki, hazırkı şəraitdə bilik istehsalı prosesində çox vacib mövqelər tuta bilir. Çox təəssüf edirəm ki, həqiqətən də onların sayı çox azdır. Amma universitetlərin böyük əksəriyyəti proseslərdən, ümumi inkişafdan kifayət qədər geri qalır. Ümimiyyətlə, universitet idarəedilməsi ciddi şəkildə dəyişməlidir. Bu gün rektorların çoxu universitetlərə muxtariyyət verilməsi məsləsini anlamır. Rektorlar tanıyıram ki, muxtariyyəti başa düşəndə belə bunu yalnız öz məqsədləri naminə anlayırlar. Düşünürlər ki, muxtariyyət olarsa mən bura öz dədəmin müəssisəsi kimi baxacağam. Belə yanaşma, münasibət olarmı? Ata rektor olur və vəzifədən gedəndə yerini qızına verir. Dünyada belə şey yoxdur. Guya bu bilik satır. Biz bunu, təbii ki, bilirik. Ali təhsil müəssisələrinin ali qərarverci qurumu pedoqoji şuradır, elmi şuradır. Təsəvvür edin, rektorlar özlərini o qədər üstün hesab edirlər ki, onların iradəsindən kənarda o şurada bir qərar qəbul oluna bilməz. İndiki dövrdə biz onlara muxtariyyəti versək görün nələr baş verəcək. Heç kimə sirr deyil”.

İ.Orucov qeyd etdi ki, bununla belə, Azərbaycanda çox nümunəvi universitetlər də var. “Çox qısa bir müddətdə Azərbaycanın milli ali təhsil brendinə çevilən, kifayət qədər nüfuz qazanan, yaxşı təhsil verə bilən ADA universiteti kimi  nümunə mövcuddur. Dünənə qədər bataqlıqda olan UNEC numunəsi var. Bu gün UNEC özünün çox sürətli inkişaf dövrünü yaşamaqdadır. Hesab edirəm ki, burada həm də rəhbər faktoru özünü göstərir”.

O qeyd etdi ki, universitetlərə qəbul qaydaları sadələşdirilməlidir, gənclərin təhsil alamaq imkanları genişləndirilməlidir. “Sivil ölkələrdə bir ixtisasa, tutaq ki, 500 nəfər qəbul olunur, amma 100-150 nəfəri diplom alır, çünki universitet ancaq yaxşı oxuyan tələbələrə diplom verir. Bizdə nə baş verir? Hüquq fakültəsinə 100 nəfər plan yeri var, amma buraxılışda 500 nəfər məzun olur. Siz bu biabırçılığa baxın...”

İ.Orucov hesab edir ki, insan ali məktəbə yüksək təhsil almağa, bilik öyrənməyə, bacarıq əldə etməyə gəlir və məqsəd də əmək bazarında özünə iş tapa bilməkdir: “Biz bu təhsili, bilik, bacarığı ona verə bilirikmi? Bizim ali təhsilimizin keyfiyyəti yerindədirmi? Pedaqoji təhsil alan şəxs gəlib imtahan verir, amma imtahandan keçə bilmir. Niyə keçə bilmir? Çünki biz həmin məzuna o diplomu yerində verə bilməmişik. Necə ola bilər, 300 nəfər qəbul olunar və 300 nəfər də universiteti bitirər? Dünyada belə şey yoxdur. Özünə hörmət edən universitet heç zaman belə etməz...”

İ.Orucov hesab edir ki, mövcud problemlərin baş verməsinin səbəblərindən biri universitetlərin  verdiyi təhsilin keyfiyyətinin aşağı olmasıdır, bu baxımdan, bu sahədə ciddi islahatlar baş verməlidir.

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

13.09.2026 / 11:22
Bəşər Əsədin əmisi oğlu Livanda yaxalandı…

13.09.2026 / 10:47
Mədəni soyqırım və saxtalaşdırılan tarix: Ermənistanın Cənubi Qafqazdakı irsi mənimsəmə siyasəti...

13.09.2026 / 10:25
Husilər dayanmır - Səudiyyə bazasını bombaladılar…

13.09.2026 / 09:26
Səadət Əliyeva - Onuncu mərtəbənin 40-cı zirvəsində...

13.09.2026 / 08:30
Moskva danışıqlar dövründə müharibəni dayandırmayacaq - Lavrov

13.09.2026 / 07:52
Trampın doğulduğu ev satışa çıxdı - pişiklərin sığınacağına çevrilmışdı…

13.09.2026 / 07:46
2026-cı ildə Ukrayna iqtisadiyyatına dəyən ziyan 10 milyard dollar təşkil edəcək.

13.09.2026 / 07:42
Peskov: Putinlə Zelenskinin G20 sammitində görüşü mümkün deyil

13.09.2026 / 07:35
Pezeşkian: "İran təslim olmayacaq; əgər müharibə istəyirlərsə, hərbi qüvvələrimizlə üz-üzə gəlsinlər"

12.09.2026 / 23:08
Bakıda Günay Həsənovanın təqdimatında Master your makeup təlimi keçirildi

12.09.2026 / 22:14
İran ətrafındakı vəziyyət BRICS ölkələrini parçaladı - yekun bəyannamədə razılığa gələ bilmədilər…

12.09.2026 / 21:47
Rusiya Odessa limanında Ukrayna yük gəmisinə zərbə endirdi...

12.09.2026 / 21:35
Ukrayna Rusiyanın Qara dənizdəki “kölgə donanma”sını çökdürür - 10 həftədə 285 gəmi vurulub…

12.09.2026 / 21:04
"“Məğlublar tragikomedyası”na müəlliflik sizlərə nə verəcək?!” - Emil Rasimoğlu yazır..

12.09.2026 / 20:35
"Prezident İlham Əliyevin siyasəti nəticəsində Kəlbəcər yenidən qurulur, canlanır" - Hikmət Hacıyev

12.09.2026 / 20:10
Dörd ölkə Bakıda “Belem Missiyası 1.5” Troykasının mandatı üzrə məsləhətləşmə aparıb

12.09.2026 / 19:48
Dipkorpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı

12.09.2026 / 19:25
Ukrayna Rusiyanın Su-33 qırıcısı və 2 Mi-8 helikopteri vurdu…

12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya - Moskvaya gələ bilər…

12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar - FOTO

12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı - 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...

12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…

12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...

12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…

12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir - Rusiyanın başına gətirilənlər…

12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...

12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi - gəlin öz gözlərinizlə görün... VİDEO

12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi – Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…

12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...

12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...

12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi - FOTO

12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi

12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi - Bu, Rusiya ilə müharibə deməkdir…

12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür – Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…

12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…

12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar

12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi - oğul İmamoğlu nələr danışır…

11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır - Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…

11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…

11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi - gündə 1 milyon barel…

11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi - Trampdan rədd cavabı gəldi…

11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi - hədəfdə olacaqsız…

11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır - iddia...

11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...

11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı... hərəyə 5 min...

11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı - o tarixi unutmayacağıq...

11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...

11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı - Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...

11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...

11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur - DİN başçısı Putinə hesabat verdi...

11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq" - ABŞ Səfirliyi

11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...

11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada... - YENİLƏNDİ

11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi -Tramp əndişələnib...

11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı - 14 günə 6 min kilometr...

11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi - İsrail ŞOKDADIR...

11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi - Səs verməsəniz cəhənnəmə gedəcəksiz...

11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"

11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi

11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...

11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti

11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir - İran şok yaşadır...

11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı

11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu - FOTO

11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır" - Xüsusi nümayəndə

11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır: valideynin şikayəti yenidən araşdırılacaq

11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...

11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar

11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi" - Hikmət Hacıyev

11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı

11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..

11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..

11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi – onları dayandırın…

11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq - 10 faizdən 35 faizədək...

11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır" - Hikmət Hacıyev

11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"

11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ