çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Gürcüstanın müəmmalı siyasəti - həm Azərbaycanla, həm Ermənistanla münasibətlər korlanır...

Image


Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili ölkənin indiki hakimiyyətini təkcə Qərb tərəfdaşları ilə deyil, həm də ən yaxın qonşuları olan Ermənistan və Azərbaycanla münasibətləri pisləşdirməkdə ittiham edib. Bununla bağlı o bildirib:

"Gürcüstanın baş naziri İrakli Kobaxidze Ermənistandan gürcü QHT-lərini İrəvandan (indi gürcülərlə doludur, çünki əvvəllər Qərbin maliyyəsi ilə Gürcüstanda keçirilən konfransların hamısı İrəvana köçürülüb) qovmağı və onların hesablarını bağlamağı xahiş edir. Paşinyan hökuməti cavab verir ki, Ermənistanın xarici agentlər haqqında qanunu yoxdur və gürcülərin azadlığını məhdudlaşdırmaq üçün səbəb görmür. Öz növbəsində, Kobaxidze İrəvanı malların hərəkətinə məhdudiyyətlərlə hədələyir”.

Sabiq prezident Gürcüstan tərəfinin Azərbaycan üçün də problemlər yaratmağa başladığına diqqət çəkib: “Bu arada Tiflis artıq Azərbaycan üçün malların daşınması ilə bağlı problem yaradıb. Azərbaycan mediası haqlı olaraq bunda Rusiyanın təsirini görür". Belə bir vaxtda Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana məxsus yük maşınlarının Tiflis və Batumi gömrük məntəqələrində uzun müddət saxlanılması haqqında yayılan məlumatlara münasibət bildirib. O, yerli “Business Media” nəşrinin sualına açıqlamasında belə bir faktın olmadığını deyib. Kobaxidzenin sözlərinə görə, yoxlamalardan sonra yalnız bir yük maşını ilə bağlı konkret səbəbə görə gecikmənin olduğu müəyyən edilib: “Biz bütün mümkün çətinliklər barədə çox səmimi söhbət aparmağa hazırıq”. Qeyd edək ki, bundan öncə Azərbaycana məxsus TIR sürücüləri onların Gürcüstanda gömrük məntəqələrində əsassız olaraq 20 gündən artıq saxlanıldıqlarını iddia ediblər. Yayılan informasiyaları şərh edən Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, ölkədə yük dövriyyəsinin artması şəraitində beynəlxalq daşımalarda iştirak edən nəqliyyat vasitələri üçün bütün gömrük prosedurları xüsusi aktiv rejimdə həyata keçirilir. Qeyd olunub ki, beynəlxalq yük dövriyyəsinin davamlılığını təmin etmək üçün gömrük məntəqələrinin birgə idarə olunması çərçivəsində Türkiyə, Azərbaycan və Ermənistanın müvafiq gömrük orqanları ilə intensiv əlaqə saxlanılır və vacib problemlərin həlli yolları tez bir zamanda tapılır. Lakin o da faktdır ki, Azərbaycan sürücüləri üçün Gürcüstan sərhədində problemlər hələ sentyabr ayından başlayıb. Yalnız Azərbaycan səfirliyinin məsələyə müdaxiləsindən sonra məsələ həllinin tapmağa başlayıb. Lakin problemin yenidən davam etməsi də istisna deyil. Bu süni məneələr Gürcüstanın Zəngəzur dəhlizinin işə düşməsindən sonra tranzit dövlət statusunu və güzəştli statusunu itirmək qorxusu ilə bağlıdır. Düzdür, Gürcüstanın hökumət rəsmiləri Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının, o cümlədən Zəngəzur dəhliziüzrə razılaşmaların irəliləyişinə dəstəyini açıq şəkildə ifadə edirlər. Amma əməldə başqa hal müşahidə edilir. Azərbaycanlı yük maşınlarının sürücüləri Gürcüstan gömrükçülərinin onlara qarşı kobud rəftarından, lazımi sənədləşmənin süni şəkildə gecikdirilməsindən şikayətlənirlər. Gürcü gömrüyündə azərbaycanlı sürücülərə “Zəngəzurdan keçin, Zəngəzur dəhliziniz hazır olanda” deyiblər.

Tiflis ağrılı olsa da qəbul edir ki, regionun logistik reallığı dəyişir və Zəngəzur marşrutu artıq uzaq perspektiv kimi müzakirə olunmur. O, gec-tez regionda tranzit balansını dəyişdirəcək. Gürcüstanın regional logistika sahəsində onilliklər boyu monopoliyasını nəzərə alsaq, hətta alternativ marşrutun mümkünlüyü Tiflisdə həssaslıqla qarşılanır. Paradoks ondan ibarətdir ki, Zəngəzur marşrutu bütün region ölkələrinin, o cümlədən Gürcüstanın özünün iqtisadiyyatını gücləndirmək potensialına malikdir. Çünki bu dəhliz Cənub Qafqazda kommunikasiyanı ümumən genişləndirir. Amma bu məntiq bütün səviyyələrdə işləmir və hesablamaların üstünlük təşkil etməli olduğu yerdə bəzən emosional qısqanclıq öz yerini tutur. Bu amil xüsusilə gürcü tərəfinin sürücülərə “Zəngəzurdan keçməyi” təklif etdikdə, onun açılış tarixlərini soruşduqda və bunu neytral, peşəkar söhbətə bənzəməyən intonasiya ilə etdikdə nəzərə çarpır. Ekspertlər məslənin digər tərəfinə də nəzər salır. Gürcüstanın Rusiya ilə münasibətləri son illərdə elə inkişaf edib ki, sonuncunun təsiri fərdi praktik qərarlarda özünü göstərə bilir. Analitiklər ehtimal edirlər ki, Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı razılaşmaların əldə olunması və layihənin bu cür prosesləri öz nəzarətində saymağa adət etmiş şəxslərin iştirakı olmadan irəliləməsi Rusiyada ciddi qıcıq yaradıb. Bu fonda ehtimal etmək olar ki, Rusiyanın maraqları əsasında fəaliyyət göstərən müəyyən gürcü dairələri azərbaycanlı sürücülərə Gürcüstan ərazisindən gediş-gəlişi çətinləşdirən şərait yaratmaq üçün istənilən əlverişli bəhanədən istifadə edir. Bu regional dinamikanı yaxından izləyən ekspertlər tərəfindən getdikcə daha çox qeyd olunan bir ehtimaldır. Ekspertlər isə xatırladır ki, illər ərzində Gürcüstan Azərbaycan hesabına ciddi iqtisadi dividendlər əldə edib. Azərbaycan neft və qaz boru kəmərləri Gürcüstanın iqtisadi dirçəlişində həlledici rol oynayəb və indi də oynayır. Bu layihələr olmasaydı, bu gün Gürcüstanın iqtisadi xəritəsi tam fərqli ola bilərdi. Amma o da nəzərə alınmalıdır ki, Azərbaycanın tranzit imkanları genişdir.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ