çərşənbə günü, 30 sentyabr 2026
     

Ermənistanda rusyönlü media Əliyev-Paşinyan görüşünü dərhal qaraladı...

Image


Rusyönümlü qüvvələrin məqsədlərinə tam nail olma şansı yoxdur, amma prosesləri ləngitmək, ictimai diskursda şübhə toxumu səpmək imkanları qalır

Rusyönümlü siyasi ekspertlər və eyni qəbildən olan erməni nəşrləri, o cümlədən də "Sputnik Armeniya" Azərbaycan və Ermənistan liderlərininin Kopenhagen görüşünün əhəmiyyətini cəmiyyətdə azaltmağa çalışır.

“Kopenhagendə Paşinyan-Əliyev görüşündən ciddi irəliləyiş gözləmək olmaz”- deyən ekspert Suren Surenyants bildirir ki, bu, sadəcə “bir fincan qəhvə stolu arxasında söhbət” formatında olub. Liderlərin son bəyanatları – Əliyevin “Zəngəzur dəhlizi” barədə sərt çıxışları və Paşinyanın etirazı - tərəflərin mövqelərinin hələ də çox uzaq olduğunu göstərir.

Əsas mübahisə Zəngəzur üzərindən keçəcək marşrutun statusu və Ermənistanın ona nəzarət səviyyəsi ilə bağlıdır. ABŞ-ın iştirakı ilə avqustda imzalanmış Vaşinqton memorandumu hələ də suallar doğurur: sənədə Azərbaycan da imza atıb, amma Əliyev onu “Zəngəzur dəhlizi” adlandırır.

Ermənistan parlamenti isə sülh təşəbbüsünə dəstək qərarı qəbul etsə də, müxalifət buna qoşulmayıb.

Yəni tərəflər arasında hələlik ancaq ritorika və anlayış fərqləri var, real sülh sazişinə yaxınlaşma müşahidə olunmur.

Ermənistanda rusyönlü media və siyasi ekspertlər iki ölkə liderlərinin Kopenhagendəki görüşünü niyə qaralmağa başlayıb?

Baki-xeber.com nəşrinin siyasi analitiklərinə görə, bu siyasi tendensiya bir neçə əsas səbəblə bağlıdır. Ermənistanda rusyönümlü media və ekspertlərin Kopenhagen görüşünü qaralamağa başlaması həm daxili, həm də xarici faktorlarla izah olunur.

Əvvəla, Kopenhagen görüşü Qərbin, xüsusilə də ABŞ və Avropa İttifaqının təşəbbüsləri çərçivəsində baş tutur. Moskva isə Ermənistan-Azərbaycan danışıqlarında əsas oyunçu statusunu itirməkdə davam edir. Rusiya bu prosesdən tam təcrid edilib, lakin Kreml müxtəlif vasitələrlə prosesi öz orbitinə çəkməyə çalışır. Amma Ukrayna müharibəsindən dolayı əli çox zəif olduğundan bunu bacarmır. Bu baxımdan rusyönümlü ekspertlər Qərbin vasitəçiliyi ilə aparılan dialoqu kiçiltməyə, onun əhəmiyyətini azaltmağa çalışırlar.

Digər tərəfdən, avqustda ABŞ vasitəçiliyi ilə imzalanan memorandum Qərbin regiondakı rolunu gücləndirib. Lakin Rusiya bu razılaşmanı öz maraqlarına zidd hesab edir. Çünki Zəngəzur marşrutu üzərində nəzarət Qərb və Ermənistan tərəfindən idarə olunarsa, Moskva Cənubi Qafqazda strateji üstünlüyünü tamamilə itirəcək. Ona görə də, rusyönümlü media görüşün nəticəsini şübhə altına salır ki, cəmiyyət Qərbin təkliflərini real alternativ kimi görməsin. Əvəzində rusyönümlü media və ekspertlər 10 nöyabr üçtərəfli bəyanatını siyasi dövriyyəyə qatmağa, ən pis halda onu 8 avqust razılaşması ilə müqayisə etməyə çalışırlar.

Eyni zamanda, Ermənistan hakimiyyəti Qərblə yaxınlaşmağa meyllidir, amma ölkədə hələ də Rusiyaya bağlı güclü dairələr mövcuddur. Rusiyapərəst media Kopenhagen görüşünü kiçiltməklə Paşinyanın Qərbə inteqrasiya siyasətini zəiflətmək, onu ictimai rəydə uğursuz göstərmək istəyir.

Bununla yanaşı, Əliyevin “Zəngəzur dəhlizi” terminindən istifadəsi və Paşinyanın etirazı rusyönümlü ekspertlər üçün "çox tutarlı" siyasi alibiyə çevrilib. Onlar bu ziddiyyətləri qabardaraq, “Qərbin sponsorluğu ilə sülh mümkün deyil” mesajını cəmiyyətə ötürürlər. Məqsəd odur ki, insanlar Qərbin təşəbbüslərinə ümid bağlamasın, əksinə, “həqiqi vasitəçi yalnız Moskva ola bilər” düşüncəsinə sürüklənsinlər.

Yəni Ermənistanda rusyönümlü ekspertlər və media Kopenhagen görüşünü qaralayaraq, Qərbin vasitəçiliyi ilə sülh prosesini etibarsız göstərməyə, həm Ermənistan cəmiyyətini Qərbdən soyutmağa, həm də Moskvanın vasitəçi rolunu qorumağa çalışırlar.

Rusiyayönümlü qüvvələrin Kopenhagen görüşünü və ümumiyyətlə Qərbin vasitəçilik təşəbbüslərini gözdən salmaq cəhdlərinin uğur şansına gəldikdə isə, onu bir neçə aspektdən qiymətləndirmək olar.

Ermənistanda son illər ərzində əhali arasında Rusiyaya etimad kəskin şəkildə azalıb. Ukrayna müharibəsi, KTMT-nin fəaliyyətsizliyi, 2020 və 2023-cü illərdə Azərbaycanın hərbi üstünlüyü fonunda Moskvanın İrəvana dəstək verməməsi insanların yaddaşında dərin iz qoyub. Ona görə də cəmiyyətin böyük hissəsi Rusiyayönlü ritorikanı şübhə ilə qarşılayır. Bu, onların təsir imkanlarını azaldır.

Bununla yanaşı, Paşinyan hökuməti Qərbə inteqrasiyanı prioritet elan edib, Avropa İttifaqı və ABŞ-la əməkdaşlıq dərinləşir. Dövlət siyasəti Qərb xəttinə yönəldikcə, Rusiyayönümlü qüvvələrin təbliğatı yalnız müxalifət və marginallaşmış qruplar arasında rezonans tapır.

Eyni zamanda, Rusiya həm iqtisadi, həm də hərbi-siyasi baxımdan zəifləyib, Cənubi Qafqazdakı təsir imkanları əvvəlki kimi deyil. Ermənistan cəmiyyətində “Moskva heç nə edə bilmir” düşüncəsi gücləndikcə, rusyönlü ritorika real alternativ kimi görünmür.

Ermənistanda Rusiya ilə açıq yaxınlığı müdafiə edən siyasi qüvvələr (məsələn, Köçəryan, Sərkisyan tərəfdarları) artıq əvvəlki nüfuza malik deyillər. Onların parlamentdə zəif təmsil olunması rusyönümlü arqumentlərin siyasi gündəmi dəyişməsini çətinləşdirir.

Yekun qiymətləndirmə çıxarmağa çalışsaq, rusiyayönümlü media və ekspertlər müəyyən dərəcədə ictimai rəyi çaşdırmağa çalışsalar da, onların geniş təsir imkanları məhduddur. Onların əsas auditoriyası artıq əvvəlcədən Rusiyaya simpatiya bəsləyən qruplardır. Cəmiyyətin ümumi tendensiyası isə Qərbə meyllidir.

Beləliklə, bu qüvvələrin məqsədlərinə tam nail olma şansı çox aşağıdır, amma prosesləri ləngitmək, ictimai diskursda şübhə toxumu səpmək imkanları qalır.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 22:43
İraqda 23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları bölgədən çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar - FOTO

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ