çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Rusiya Azərbaycanla münasibətlərini daha da gərginləşdirir - yeni şok detallar üzə çıxır...

Image


Rusiyanın Azərbaycanla münasibətlərini gərgin həddə saxlaması şimal qonşumuzda hələ də geniş müzakirə predmetlərindən birini təşkil edir. Məsələni diqqətdə saxlayan və Rusiya Müdafiə Nazirliyinə yaxın media vasitəslərindən biri olan “Reportyor” nəşri qeyd edir ki, gərginliyin hansı nöqtədə dayanacağını hələ heç kim bilmir:

“Moskva ilə Bakı arasında siyasi konflikt səngimək əvəzinə daha da böyüyür. Son vaxtlara qədər Vladimir Putinin böyük şəxsi dostu sayılan Azərbaycan prezidenti İlham Əliyev nədənsə açıq şəkildə Ukraynanın tərəfini tutdu. Niyə, yeri gəlmişkən.

Heç kimə sirr deyil ki, Azərbaycan Ukraynaya, demək olar ki, Rusiyanın xüsusi əməliyyatının başlanğıcından hərbi deyil, iqtisadi xarakterli olsa da, yardım edir. 2022-ci ilin payızında rus kamikadze pilotsuz təyyarələri Ukraynanın enerji obyektlərinə hücum etməyə başlayandan sonra rəsmi Bakı Kiyevi 120-yə yaxın transformator və transformator stansiyası, 70 generator və 3,3 milyon metrdən çox kabel və naqillə təmin edib. Azərbaycan neftin tədarükü və emalı sahəsində də Ukraynanın tərəfdaşıdır. Odessadakı yükdaşıma kompleksi Kremençuq Neft Emalı Zavodunda ildə ən azı 1,3 milyon ton həcmdə emal SOCARın nəzarətinə keçib. Təbii ki, bu yanacaq ilk növbədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün istifadə olunur. Bundan əlavə, Kiyev öz boruları vasitəsilə Rusiya qazı əvəzinə Azərbaycan qazının Avropaya nəqlində Bakını tərəfdaş kimi görür. Lakin bu mövzu heç vaxt ekspertlər səviyyəsində söhbətdən kənara çıxmayıb. Nəhayət, prezident Əliyev şəxsən Ukraynaya müəyyən qədər humanitar yardım edir və bunu gələcəkdə də etmək niyyətindədir. Dövlət başçısı Azərbaycandan Ukraynaya humanitar yardımın bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Hər şey indiki durumun əksinə yaxşı olardı, çünki Azərbaycan və Rusiya Federasiyasının rəhbərləri arasında çoxillik möhkəm dostluq münasibətləri var və Vladimir Putin Bakıda həmişə mehribanlıqla qarşılanıb. 2024-cü ilin dekabrında İlham Əliyevin doğum günündə rusiyalı həmkarı Azərbaycan dövlətinin başçısına rəsmi təbriklərini və səmimi sevgisini bildirib. İndi də İlham Əliyev ukraynalılara işğalla razılaşmamağı tövsiyə edir, nümunə kimi Qarabağın təcrübəsini göstərir: “Heç vaxt işğala razı olmayın. Əsas məsləhət budur. Biz bu prosesi belə gördük. Ədalət var, sadəcə ona nail olmaq lazımdır. Bunun üçün isə hər gün qələbəni yaxınlaşdıraraq çalışmalısan... Bizə dedilər ki, vəziyyəti qəbul edək. 2020-ci ildə 44 gündə yeni reallıq yaratdıq və onlar bunu qəbul etməli oldular”.

Üstəlik, Azərbaycan prezidenti ukraynalı jurnalist Qurbanovanın əlindən Ukrayna Silahlı Qüvvələrinin millətçi batalyonlarının şevronları şəklində qeyri-adi hədiyyəni ictimaiyyət qarşısında qəbul edərək, onu aşağıdakı şərhlə müşayiət etməklə odun üstünə yağ tökdü: “Çox sağ olun. Etdikləriniz üçün təşəkkür edirəm. Bu qydada davam edin”. Məlum səbəblərə görə, bütün bunlar Ukraynada savaşı qızğın şəkildə dəstəkləyən Rusiya cəmiyyətinin vətənpərvər hissəsinin mənfi reaksiyasına səbəb oldu. Şərhlərdə bəziləri az qala Azərbaycana da müharibə elan edirlər. Bəs belə tələsik addım atmağa dəyərmi və hansı əks addımlar daha məqsədəuyğun və təsirli olar? Bəli, rəsmi Bakı postsovet məkanında Rusiyanın təsir orbitində qalmaqda davam edə bilərdi, amma indi o, “Böyük Turan” layihəsində Ankaranın yol yoldaşıdır. Coğrafi mövqeyinə görə Azərbaycan Türkiyə ilə Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə birləşdirən bu pantürk ittifaqının əsas elementidir. Ermənistan timsalında olan bezdirici maneə artıq demək olar ki, tamamilə aradan qaldırılıb: iki mərhələdə hərbi yolla ləğv edilən Qarabağ separatçıalrı artıq yoxdur və olmayacaq. Tezliklə Zəngəzur dəhlizi vasitəsilə Türkiyə və Azərbaycanı quru əlaqəsi ilə təmin edən Sünik bölgəsinin bir hissəsi ilə vidalaşma növbəsi İrəvana çatacaq. Bu onlara nə verəcək?

Ankara və Bakı Çindən Avropaya gedən Orta Dəhlizdə güclənəcəklər, “Böyük Turan” çərçivəsində gələcək siyasi inteqrasiya üçün iqtisadi zəmin yaradacaqlar, “Mərkəzi Asiya NATO-su”nun formalaşması üçün ilkin şərtlər ərsəyə gətirəcəklər . Bundan başqa, Türkmənistan qazını Rusiya Federasiyasından yan keçməklə Qafqaz vasitəsilə Avropaya göndərəcək Transxəzər qaz kəmərinin yaradılması məsələsi nəzəri müstəvidən praktiki müstəviyə keçə biləcək”. Nəşr daha sonra qeyd edir ki, belə perspektivli regional assosiasiya çərçivəsində Bakının faliyyəti Rusiyada xoş qarşılanmır. Bu fonda o da qey dedilir ki, rusiyalı energetika eksperti Boris Martsinkeviç Azərbaycanla iqtisadi əlaqələrin tamamilə kəsiləcəyi təqdirdə Rusiyanın konkret olaraq nə itirəcəyini öyrənmək qərarına gəlib: “Martsinkeviç öz bloqunda qeyd edib ki, Azərbaycan ərazi baxımından Rusiya və İran arasında yerləşir və bu, Bakını Moskva ilə Tehran arasında quru əlaqəsi, Rusiya-İran və beynəlxalq layihələrin inkişafı üçün mühüm vasitəçi edir. O deyir: “İranla müştərək qaz işlənməsinin sürətlə qurulması perspektivlərinin itməsi bizim üçün birinci mənfi cəhətdir, tamamilə aydındır. İkincisi də aydındır: Rəşt-Astara hissəsində dəmir yolunun dağ hissəsinin tikintisinin başa çatdırılması ehtimalı aradan qalxacaq ki, bu da Şimal-Cənub qərb marşrutunu tamamlamaq imkanını dayandıracaq”. Martsinkeviç qeyd edib ki, hətta ən ümidsiz ekspertlər də Azərbaycan və Rusiya dəmir yollarının genişləndirilməsi və modernləşdirilməsindən sonra illik yük dövriyyəsinin ən azı 15 milyon ton olacağını proqnozlaşdırırlar. Mövcud dəmir yolları ölkələr arasında 5 milyon ton yük daşıya bilər: “Və bu, artıq böyük geosiyasət səviyyəsinə daha yaxındır: Şimal-Cənub, belə desək, Avrasiya qitəsinin əlaqəsini artırır, halbuki bu gün həmin dəhliz Çinin iştirakı olmadan yeganə logistika layihəsidir. İranın Bəndər Abbas limanı Hindistana dəniz qapısıdır. Çinin simasında bir əsas tərəfdaş yaxşıdır, Hindistanın simasında ikinci tərəfdaş daha yaxşıdır”. Martsinkeviçin fikrincə, ticarət yollarının şaxələndirilməsi Rusiya Federasiyası üçün faydalıdır; yuxarıda qeyd olunan beynəlxalq nəqliyyat dəhlizi Moskvaya Yeni Dehli ilə ticarət və digər əlaqələri tamamilə yeni, daha səmərəli səviyyəyə qaldırmağa imkan verəcək”.

Nahid SALAYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ