Cümə günü, 09 oktyabr 2026
     

Paradoks - Azərbaycan Rusiya və İranın ümid yerinə çevrilir

Image


Məlum olduğu kimi, bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin və İran dövlət başçısı Seyid İbrahim Rəisi videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair saziş imzalayıb. Qeyd edək ki, bu, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək. Tikintidə “Rusiya Dəmir Yolları” iştirak edəcək.

Rusiya baş nazirinin müavini Andrey Belousov bildirir ki, Rəşt-Astara dəmir yolu xətti 2027-ci ildə tikiləcək: “Müqaviləyə əsasən, tikinti 4 il çəkməlidir. Artıq layihələndirmə və geoloji kəşfiyyat işləri aparılır. Biz planlaşdırırıq ki, 2027-ci ilin III rübündə və ya 2027-ci ilin sonuna qədər bütün işlər tam başa çatdırılsın”. Belousov bildirib ki, bu marşrutun tətbiqi üçün çox fəal iş gedir: “Hər şey yaxşı gedir və biz 2030-cu ilə qədər bu istiqamətdə daşımaların həcminin 10 milyon tona çatacağına inanırıq”. Amma Rusiya ətrafında və qlobal bazarlarda baş verənlər fonunda fikirlər səslənir ki, Moskva sözügedən xəttin tikintisini nəzərdə tutulan vaxtda başa çatdıra bilməyəcək. “Fitch Solutions” agentliyinin “İran-Azərbaycan dəmir yolunun “Şimal-Cənub” nəqliyyat dəhlizinə töhfəsi” adlı proqnozunda bildirilir ki, qlobal enerji bazarında qiymətlərin azalması, Rusiyanın maliyyə problemləri və geosiyasi risqlər Rəşt-Astara dəmir yolunun nəzərdə tutulan 48 aylıq müddətə tamamlanmasını çətinləşdirə bilər. Qeyd edilib ki, qlobal enerji qiymətlərinin düşünüləndən daha çox ucuzlaşması Rusiyanın Rəşt-Astara dəmir yolu üçün nəzərdə tutduğu 1,6 milyard dollar məbləğində öhdəliyini yerinə yetirmək istəyinə təsir edir: “Ukrayna ilə müharibə xərcləri də bu vəsaitin ödənməsinə marağı azalda bilər”. Proqnozda bildirib ki, Rusiyanın Rəşt-Astara dəmir yolunun tikintisini maliyyələşdirməsi ilə bağlı razılaşması Moskvanın şərq yönümlü ticarət siyasətinə meylli olmasını, eləcə də Kremlin Tehranla iqtisadi və strateji əlaqələri gücləndirmək istəyini əks etdirir: “Rusiya Ukrayna ilə müharibə səbəbindən Avropa ölkələri ilə yaşadığı ixrac itkisini kompensasiya etmək üçün “Şimal-Cənub” nəqliyyat dəhlizinin son halqasını maliyyələşdirməyə könüllü olub. Lakin Rəşt-Astara dəmir yolunun başa çatması, “Şimal-Cənub” nəqliyyat dəhlizi Rusiyanın Avropa İttifaqı ilə ticarətində yaranan itkisini kompensasiya etməyəcək. Səbəb isə dəmir yolları ilə daşımalarda müəyyən problemlərin mövcud olmasıdır. Buna misal olaraq Azərbaycan, Rusiya və İran arasında müxtəlif ölçülü dəmir yollarını göstərmək olar”. Reytinq agentliyi qeyd edib ki, “Şimal-Cənub” nəqliyyat dəhlizi Süveyş kanalına alternativ kimi nəzərdə tutulsa da, ABŞ və Avropanın Rusiyaya qarşı davam edən sanksiyaları bu məqsədə nail olmağa imkan verməyəcək:  “Ukrayna ilə müharibə başa çatsa belə 2030-cu ilə qədər Rusiya ilə Qərb arasında sürətli yaxınlaşma ehtimalı çox azdır. Mövcud sanksiyalara baxmayaraq, düşünürük ki, “Şimal-Cənub” nəqliyyat dəhlizinin tamamlanması İran üçün bir sıra iqtisadi faydalar da təmin edəcək. Belə ki, İran Rusiyanın 10 şəhərinə, o cümlədən Moskvaya, eləcə də Mərkəzi Asiya və Qara dəniz regionlarına birbaşa dəmir yolu çıxışından faydalanacaq. Həmçinin İran Rusiya və Azərbaycanın yanacaqlarından da faydalanmaq imkanı qazanacaq. Bundan əlavə, İran Rəşt limanı vasitəsilə Xəzər dənizi bazarlarına çıxışını yaxşılaşdıracaq, yüklərin daşınması üçün tranzit haqqı ala biləcək”.

Hazırda həm İran, həm də Rusiya Rəşt-Astara dəmir yoluna ciddi ehtiyac duyur. Hesab olunur ki, bu halda Azərbaycan sözügedən xəttin inşası üçün lazımi vəsaiti ayıra bilər. Bundan əvvəl Azərbaycan qeyd edilən məqsədlə 500 milyon dollar vəsait ayırmışdı. Lakin İranın bu xüsusda müvafiq fəaliyyət göstərməməsi səbəbindən həmin kredit xətti sonradan bağlandı. Indi yolun inşası həm Rusiya, həm də İran üçün zərurətə çevrilir. Lakin tərəflərin düşdüyü vəziyyət fonunda üzləşdikəri maliyyə çətinliyi Azərbaycanı onlar üçün ümid yerinə çevirir. Qeyd edək ki, “Şimal Cənub” dəhlizinin dəmir yolu seqmentinin əsası olan Rəşt-Astara-Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun davamıdır. Bu yol İran, Azərbaycan və Rusiyanın dəmir yolları sistemlərini birləşdirəcək. Avropa ilə Fars körfəzi və Cənub Şərqi Asiya ölkələri arasındakı ticarət əlaqəsi və idxal-ixrac əməliyyatları məhz bu yolla həyata keçiriləcək.  “Şimal-Cənub” dəhlizi isə həm Avropaya, həm də Rusiya ilə Fars körfəzi ölkələri arasında malların sürətli və maneəsiz tranzitini təmin edəcək. Sankt-Peterburqdan Mumbaya malların çatdırılması Süveyş kanalı vasitəsilə ənənəvi marşrutlar üzrə 30-45 gün əvəzinə təxminən 10 gün çəkəcək. Dəmir yolu ilə tranzit yüklərin ümumi həcmi ən azı 15 milyon ton təşkil edəcək. İndiki halda Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin istifadəyə verilməsi  “Şimal-Cənub” dəhlizinin reallaşmasında, eləcə də Azərbaycan vasitəsilə Rusiya və İran arasında ticarət dövriyyəsinin artmasında mühüm rol oynayır. Ancaq dəhlizin tam işə düşməsi üçün Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu Qəzvin-Rəşt dəmir yoluna birləşməlidir. Bu dəhliz vasitəsilə yalnız bir istiqamətdən deyil, iki istiqamətdən Avropaya və əks istiqamətə göndərilən yüklər tranzit olaraq ölkəmizin üzərindən daşınacaq. Birinci istiqamət Astara (Azərbaycan) dəmir yolu vasitəsilə reallaşacaq. İkinci istiqamətdə isə Körfəz ölkələrindən İranın Bəndər Abbas limanına daxil olan yüklər yenə də Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə tranzit olaraq ölkəmizin ərazisindən Avropaya daşınacaq.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 11:46
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:17
Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə etdi

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:54
Dövlət Statistika Komitəsinə yeni sədr müavini təyin edildi

08.10.2026 / 15:43
TƏBİB tibb müəssisələrində informasiya sistemlərindəki problemin səbəbini açıqladı

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ