Cümə axşamı günü, 12 noyabr 2026
     

Kreml Zəngəzur dəhlizinə görə İrəvan və Tehrana sərt təzyiqlərə başladı

Image


Rusiyanın Ermənistanla İran arasında dövlət sərhədində nəzarəti gücləndirməsi son günlərin ən çox müzakirə edilən əsas mövzularından birinə çevrilib. Baş verənlər həm Ermənistanı, həm də İranı narazı salıb. Bu da səbəbsiz deyil. Ekspertlər qeyd edir ki, prosesin birbaşa Zəngəzur dəhlizi ilə bağlılığı var.

Bu barədə danışmazdan öncə qeyd edək ki, Rusiyanın Ermənistanla İran arasında dövlət sərhədində nəzarəti gücləndirməsi ilə bağlı ilk məlumat “yerevan.today” nəşri tərəfindən yayılıb. Nəşr yazır ki, indi Ermənistanda bir icmadan digərinə maneəsiz keçmək üçün gömrük və ya keçid məntəqələrindən keçməli və ya yoldan yan keçməlisən. Nəşr foto da paylaşıb və bildirib ki, şəkil Mehri-Əkərək yolundandır: “Rusiya sülhməramlıları artıq yolu qoruyur və bütün vətəndaşları saxlayıb yoxlayır, yalnız sonra buraxırlar. Bu barədə Ermənistan vətəndaşına əvvəlcədən məlumat verilməyib. Vətəndaşlar fermaya gələrkən qəfil bu problemlə üzləşiblər. Bu, artıq Zəngəzurda üçüncü maneədir. Bu, artıq Qafan-Çəkətən, Gorus-Qafan yolundan sonra üçüncü yoldur. Fərq ondadır ki, ilk ikisində məhduiyyəti azərbaycanlılar tətbiq edib. Bu hələ son deyil. Ermənistan hökuməti Noyemberyan şossesi yaxınlığında dolama yol çəkir, məlumatlara görə, magistral demarkasiya-demarkasiya adlandırılan “anklavların təhvil verilməsi” layihəsi çərçivəsində azərbaycanlıların ixtiyarına veriləcək”. Nəşrin məlumatını Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi də təsdiqləyib. Bildirilib ki, hələ  8-9 ay əvvəl Ermənistanın Mehri rayonu ərazisində 5 modul tipli məntəqə quraşdırılıb.
Məlumata görə, Rusiya hərbi hissəsi həmin ərazidə 67 ildir xidmət edir. Ancaq indiyədək Ermənistan-İran sərhədində belə məntəqə olmayıb. Qeyd edilib ki, bu, İrandan Ermənistana narkotik və psixotrop maddələrin qanunsuz ötürülməsi hallarının artması fonunda baş verib: “Səbəb İrandan Ermənistana qeyri-qanuni yolla ağır narkotik vasitələrin və psixotrop maddələrin (həşiş, metamfetamin, heroin) gətirilməsi cəhdlərinin artması ilə əlaqədardır”. Qurum xatırladıb ki, Ermənistanın Türkiyə Respublikası və İran İslam Respublikası ilə dövlət sərhədinin mühafizəsi üzrə Federal Təhlükəsizlik Xidmətinin fəaliyyəti 1992-ci ildə imzalanmış “Sərhəd qoşunlarının statusu haqqında” dövlətlərarası saziş əsasında həyata keçirilir. Qurum bir daha qeyd edib ki, son vaxtlar ağır narkotik vasitələrin və psixotrop maddələrin İrandan Ermənistana qanunsuz keçirilməsi cəhdlərinin artması nəticəsində dövlət sərhədinin Ermənistan-İran bölməsində gərgin əməliyyat şəraiti yaranıb. Bundan başqa, ekstremist və terror təşkilatlarının nümayəndələri tərəfindən dövlət sərhədinin pozulması halları qeydə alınır. Xatırlanır ki, 2021-ci ildə Mehri sərhəd dəstəsinin yerləşdiyi ərazidə Rusiya sərhədçiləri qanunsuz olaraq İrandan gələn 2 sərhəd pozucusunu silah, qumbara və külli miqdarda sursatla saxlayıblar: “Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək məqsədilə “Dövlət sərhədi haqqında” qanuna uyğun olaraq, bu ilin əvvəlindən Ermənistan hökuməti, Milli Təhlükəsizlik Xidməti və digər səlahiyyətli orqanları ilə razılaşdırılaraq, sərhəd pozucularının müəyyən edilməsi və qarşısının alınması üçün şəxslərə və nəqliyyat vasitələrinə münasibətdə seçmə (sərhəd pozucularının axtarışı və məsuliyyətə cəlb edilməsi zamanı isə istisnasız olaraq hamısı) yoxlama tədbirlərinin həyata keçirilməsi üçün sərhəd bölmələrinin bir sıra təchiz olunmuş növbətçi postları yaradılıb”.

Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Sərhədyanı İdarəsi Ermənistan-İran, Ermənistan-Türkiyə dövlət sərhədini, Ermənistan Daxili Qoşunları Azərbaycanla sərhədi, Ermənistan Milli Təhlükəsizlik Xidməti isə Gürcüstanla sərhədi mühafizə edir. Sərhədyanı İdarənin son addımlarından sonra Ermənistanda hökumətin nəzarətində olan media orqanlarında güclü antirusiya kampaniyasına başlanılıb. Kampaniyanın məqsədi ölkə əhalisinə Rusiyanın olduqca yararsız bir müttəfiqdən işğalçıya çevrilməsini göstərməkdir. Erməni mediasındakı səs-küyə isə Rusiya hərbçilərinin Mehri-Əkərək yolundakı yeni postu səbəb olub. Ekspertlər bildirir ki, əslində, Zəngəzur dəhlizinin formalaşdırılması çərçivəsində bu tədbir normal qiymətləndirilməlidir. Belə ki, Ermənistan tərəfindən bölgədəki sərhədin təhlükəsizlinə məhz Rusiya sərhədçiləri cavabdehdir. Hesab olunur ki, Zəngəzura rus qüvvələri yerləşdiriblərsə, burada məqsəd 2020-ci il 10 noyabr tarixli üçtərəfli razılaşmanın müvafiq bəndinin yerinə yetirilməsi üçün Rusiya tərəfindən şəraitin yaradılmasıdır. Bir sıra ekspertlərə görə, artıq Rusiya Türkiyə və Azərbaycanın təzyiqləri qarşısında Ukrayna müharibəsində düşdüyü vəziyyəti də nəzərə alaraq, məcburdur ki, bu bəndin yerinə yetirilməsinə əməl etsin. Xatırladaq  ki, Rusiya Ukraynaya təcavüzündən sonra kollektiv Qərb tərəfindən təcrid olunub. Hazırda Rusiyanın Azərbaycana və Türkiyəyə çox böyük ehtiyacı var. Həmçinin Zəngəzur dəhlizi Rusiya üçün dünya bazarlarına yeni çıxış imkanları deməkdir. Zəngəzur dəhlizi Avrasiya məkanını bir-biri ilə birləşdirən çox mühüm kommunikasiya qovşağı olaraq Qafqazın və Mərkəzi Asiyanın qapısıdır. Eyni zamanda, bu dəhliz vasitəsilə Rusiya onun üçün çox mühüm strateji tərəfdaş ölkə olan Türkiyə ilə ticarət-iqtisadi əlaqələrinin əhəmiyyətli dərəcədə genişləndirilməsi imkanları əldə edəcək. İlkin hesablamalara görə, Zəngəzur dəhlizi vasitəsilə daşınacaq yüklərin dəyəri milyardlarla dollar ekvivalenti ilə ölçüləcək və bu, regionda reallaşdırılacaq yükdaşımaları, ticari-iqtisadi əlaqələri, daha genişhəcmli əmtəə bazarlarını əhatə edəcək. Əgər nəhəng Çin bazarını da buraya əlavə etsək, həmin rəqəmin artacağını proqnozlaşdırmaq olar. Özü də, bu bazarın 1,2 trilyon dollarına qədəri, Türkiyə başda olmaqla, türkdilli dövlətlərin payına düşür. Bu da o deməkdir ki, Azərbaycan və Rusiya bu önəmli əmtəə bazarlarından maksimum bəhrələnmək imkanları əldə edəcək. Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan və Rusiya çoxsaylı dünya dövlətləri ilə inteqrativ əlaqələrinin möhkəmləndirilməsi potensialına yiyələnəcək. Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının genişləndirilməsi, nəqliyyat-logistika sektorunun əhəmiyyətli dərəcədə inkişaf etdirilməsi sayəsində Azərbaycanın və Rusiyanın siyasi və iqtisadi qüdrətinin artması üçün əlavə real potensial formalaşacaq. Ona görə də Rusiya dəhlziin açılması istiqamətində hərəkətə keçib. Ermənistan və İranın buna əngəl olması isə artıq mümkün deyil. Azərbaycan, Türkiyə və Rusiya dəhlizin açılması istiqamətində qəti hərəkətə keçiblər.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:22
Dublində Prezident İlham Əliyevlə Paşinyanın görüşü gözlənilir

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ