Bazar günü günü, 27 sentyabr 2026
     

Mərkəzi Asiya ilə Azərbaycanın münasibətlərində yeniliklər baş verir...

Image


Bakıda “Mərkəzi Asiya - Azərbaycan Yaşıl Enerji Dəhlizi” üzrə birinci inkişaf mərhələsinin Texniki-İqtisadi Əsaslandırma sənədinin müzakirəsinə həsr olunmuş ilk seminar keçirilib. Tədbir Azərbaycan, Qazaxıstan və Özbəkistandan yüksəksəviyyəli dövlət nümayəndələri, ötürücü sistem operatorları, tənzimləyici qurumlar, Asiya İnkişaf Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər maraqlı tərəflərin iştirakı ilə təşkil olunub.

Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov layihəni böyük perspektivə malik təşəbbüs kimi dəyərləndirərək, dəhlizin Xəzər və Qara dəniz regionlarını birləşdirməklə Mərkəzi Asiyadan Avropa bazarlarına təmiz bərpaolunan enerjinin ötürülməsini təmin edəcəyini bildirib. Həmçinin layihəyə rəsmi qoşulmuş ölkələrlə yanaşı, digər regional tərəflərin də təşəbbüsdə iştirak etməyə ciddi maraq göstərdiyi qeyd olunub. Ölkəsinin əhəmiyyətli enerji potensialına malik olduğunu vurğulayan Qazaxıstanın energetika nazirinin müavini Sanjar Jarkeşov Qazaxıstanın 2030-cu ilədək ümumi enerji istehsal gücünü 26 QVt-a qədər artırmağı hədəflədiyini və bunun 30-35 faizinin isə bərpaolunan enerji mənbələrinin payına düşəcəyini bildirib. O vurğulayıb ki, Qazaxıstan zəngin enerji ehtiyatlarına malikdir və bu dəhliz vasitəsilə təmiz enerjini Avropa bazarlarına ixrac etmək niyyətindədir. “Özbəkistan Milli Elektrik Şəbəkəsi”nin idarə heyəti sədrinin müavini Feruz Kurbonov da layihəyə böyük maraq göstərdiklərini ifadə edərək, onu yüksək perspektivli təşəbbüs kimi qiymətləndirib. Özbəkistanın ölkə daxilində mühüm enerji infrastrukturlarına böyük həcmlərdə investisiyalar yatırdığını, 2030-cu ilədək regional şəbəkəyə qoşulmaq və Avropaya ixrac etmək üçün əlavə elektrik enerjisi güclərinə malik olmağı hədəflədiyi bildirilib. Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Sunniya Durani Camal isə layihənin regionda bağlantıların möhkəmlənməsinə dəstək verəcəyini bildirib. Onu da qeyd edək ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırması Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı ilə tərəfdaşlıq çərçivəsində hazırlanır və 2025-ci ilin aprel ayında imzalanmış Anlaşma Memorandumu ilə dəstəklənir. Faktdır ki, “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi regionda enerji əməkdaşlığının gücləndirilməsi və bərpa olunan enerji potensialının səmərəli istifadəsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu layihə Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında enerji əlaqələrinin inkişafına, həmçinin Avropa bazarlarına ekoloji təmiz enerji ixracına yeni imkanlar yaradır. Mərkəzi Asiya regionu böyük bərpa olunan enerji potensialına malikdir. Xüsusilə Qazaxıstan və Özbəkistan kimi ölkələr geniş günəş və külək enerjisi ehtiyatları ilə seçilir. Bu ölkələrdə böyük ərazilər günəşli iqlimə və güclü külək axınlarına malik olduğundan alternativ enerji layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait mövcuddur. Lakin bu enerji resurslarının beynəlxalq bazarlara çıxarılması üçün uyğun infrastruktur və enerji ötürmə sistemləri tələb olunur. Məhz bu nöqtədə Azərbaycan mühüm tranzit və enerji mərkəzi rolunu oynayır.

Azərbaycan coğrafi mövqeyinə görə Mərkəzi Asiya ilə Avropa arasında strateji körpü funksiyasını yerinə yetirir. Ölkə artıq uzun illərdir ki, neft və qazın beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Enerji infrastrukturu, inkişaf etmiş boru kəmərləri və elektrik ötürmə sistemləri Azərbaycanın regionda enerji qovşağı kimi mövqeyini gücləndirib. Yaşıl enerji dəhlizi layihəsi isə bu mövqeyi yeni istiqamətdə – bərpa olunan enerji sahəsində daha da möhkəmləndirir. “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin əsas məqsədi Mərkəzi Asiya ölkələrində istehsal olunan bərpa olunan enerjinin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Avropa ölkələrinə ötürülməsidir. Bu proses enerji ötürmə xətləri, sualtı elektrik kabelləri və regional enerji infrastrukturu vasitəsilə həyata keçirilir. Layihə həyata keçirildikcə region ölkələri üçün yeni enerji ticarəti imkanları yaranır və bu, Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu dəhlizin ən mühüm üstünlüklərindən biri ekoloji baxımdan təmiz enerji mənbələrinin inkişafına təkan verməsidir. Yaşıl enerji layihələri karbon emissiyalarının azaldılmasına və iqlim dəyişikliklərinin mənfi təsirlərinin zəiflədilməsinə kömək edir. Dünyada enerji istehsalının əhəmiyyətli hissəsi hələ də fosil yanacaqlara əsaslandığı üçün bərpa olunan enerji mənbələrinin genişləndirilməsi qlobal ekoloji siyasətin əsas hədəflərindən biridir. Bu baxımdan “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” regionda ekoloji cəhətdən dayanıqlı enerji modelinin formalaşmasına xidmət edir. Layihənin iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Enerji ixracı Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafında mühüm rol oynayır. Yaşıl enerji layihələrinin həyata keçirilməsi yeni investisiyaların cəlb olunmasına, infrastrukturun inkişafına və yeni iş yerlərinin yaradılmasına səbəb olur. Eyni zamanda Azərbaycan üçün də bu layihə iqtisadi və strateji baxımdan faydalıdır. Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də enerji tranzit ölkəsi kimi mövqeyini gücləndirir. Bundan əlavə, yaşıl enerji dəhlizi regional əməkdaşlığın inkişafına da müsbət təsir göstərir. Mərkəzi Asiya ölkələri ilə Azərbaycan arasında enerji, nəqliyyat və iqtisadi sahələrdə əməkdaşlıq daha da genişlənir. Bu cür iri layihələr region dövlətləri arasında qarşılıqlı etimadı artırır və uzunmüddətli tərəfdaşlıq münasibətlərinin formalaşmasına kömək edir. Nəticədə regionda siyasi və iqtisadi sabitlik daha da möhkəmlənir. Avropa üçün də bu layihənin əhəmiyyəti böyükdür. Avropa İttifaqı son illərdə enerji mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirir. Bərpa olunan enerji mənbələrinin idxalı Avropanın enerji təhlükəsizliyini artırmaqla yanaşı, iqlim siyasətinin həyata keçirilməsinə də kömək edir. “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” Avropanın yaşıl enerji strategiyasına uyğun olaraq yeni və etibarlı enerji mənbələrinin formalaşmasına şərait yaradır. Azərbaycanın özündə də yaşıl enerji sahəsində böyük potensial mövcuddur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələri yaşıl enerji zonası kimi inkişaf etdirilir. Günəş, külək və su enerji resurslarının geniş istifadəsi Azərbaycanın enerji balansında bərpa olunan enerji payının artmasına kömək edir. Bu isə ölkənin enerji ixrac imkanlarını genişləndirəcək və yeni regional layihələrdə iştirakını gücləndirəir. Beləliklə, “Mərkəzi Asiya – Azərbaycan Yaşıl Enerji Dəhlizi” təkcə enerji layihəsi deyil, həm də regionun iqtisadi, ekoloji və siyasi inkişafına xidmət edən strateji təşəbbüsdür. Bu layihə bərpa olunan enerji resurslarının səmərəli istifadəsinə, region ölkələri arasında əməkdaşlığın güclənməsinə və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verir. Gələcəkdə bu cür layihələrin həyata keçirilməsi regionun qlobal enerji bazarında rolunu daha da artıracaq və dayanıqlı enerji sisteminin formalaşmasına xidmət edəcək.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ